14:01 22.08.2022 402

"Çexiyada məşqçilərin müdaxilələri həlledici olacaq" - Şahin Diniyev

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı cavab görüşünü keçirəcək. 

Plzendə "Doosan Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq baş məqşçisi Şahin Diniyev Fanat.Az-a verdiyi açıqlamada sözügedən oyunla bağlı gözləntilərini bölüşüb.

56 yaşlı mütəxəssis "Qarabağ"ın şanlarını dəyərləndirib:

"Komandalar adətən ilk oyunda rəqibi daha yaxşı tanımağa çalışır, risk etmək istəmir. Cavab görüşündə isə mərhələnin taleyini həll etmək üçün bütün imkanlardan istifadə edirlər. "Viktoriya" ilə matç da belə duellərdən biri olacaq. "Qarabağ"ı çox çətin oyun gözləyir. Düzdür, bunu bu mövsümkü hər üç səfər oyunu ərəfəsində belə demişik və "Qarabağ" məhz cavab qarşılaşmalarında cütün taleyini həll edib. 

Çexiya çempionu Bakıda hücum potensialı baxımından heç nə göstərə bilmədi. Standart vəziyyətlər zamanı təhlükəli idilər. Komandanın taktikası belə qurulmuşdu. Rəqib baş məşqçi həm "Qarabağ"ın hücumlarının zərərsizləşdirilməsi, həm də Kadi, Zubir və Vadjinin fərdi olaraq "bağlanılması" baxımından çox böyük iş gördü. Həqiqətən komandamızın hücum gücünü neytrallaşdıra bildilər. 

Cavab oyununun necə keçəcəyi ilə bağlı suallar çoxdur. Kim risk edəcək? Bu sual ilk növbədə rəqibin oyun dəst-xəttinə aiddir. Evdə oynayacaqlar, doğma azarkeşləri qol istəyəcək. Amma mümkündür ki, yenə azarkeşləri darıxdıran futbol sərgiləyib müdafiə taktikasına sadiq qalsınlar və standart vəziyyətlərdən vurulacaq qol axtarsınlar. "Qarabağ" adətən üslubunu dəyişmir. Hətta uduzanda belə soyuqqanlılığını qoruyur. Düşünürəm ki, Çexiyada da belə olacaq. Amma yəqin ki, Qurban Qurbanov rəqibin müdafiəsini necə yarmağın, daha çox hücum etməyin yollarını fikirləşib. Azarkeşlər üçün darıxdırıcı futbol ola bilər, amma biz mütəxəssislər üçün çox maraqlı oyun olacaq. Əsasən məşqçilərin müdaxilələri həlledici olacaq. İnanıram ki, "Qarabağ" yenə cütün taleyini səfərdə həll edib qrupa adlayacaq, azarkeşlərimizi qürurlandıracaq".  

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X