Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ağdam klubu qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində Çexiya "Viktoriya Plzen"i ilə cavab oyununa çıxıb.
"Doosan Arena"da oynanılacaq qarşılaşmada 1:2 hesabı ilə məğlub olan "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə adlaya bilməyib. Lakin Azərbaycan çempionu yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
Qeyd edək ki, bu komandalara arasında Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 avqust
"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) 2:1
Qollar: Yan Kopits, 58, Yan Kliment, 73 - Filip Ozobiç, 38
"Viktoriya": 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu N Diay
Baş məşqçi: Mixal Bilek
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77 Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu
VAR hakimləri: Tyaqu Martinş, Luiş Qodinyu (hakimlər hamısı Portuqaliyadandır)
Plzen. "Doosan Arena"