“Qarabağ” klubu özünə yeni tərəfdaş tapıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyənin tanınmış "Liv Bona Dea Hospital"ı ilə əməkdaşlıqla bağlı razılıq əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avqustun 24-ü Bakıda tərəflər arasında müqavilənin imzalanması mərasimi keçiriləcək. Tədbir sabah saat 14:00-da sözügedən hospitalın konfrans zalında baş tutacaq.
Müqaviləyə əsasən, "Liv Bona Dea Hospital"ı “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək.
Qeyd edək ki, bir müddət əvvəl "Neftçi" də bu həmin hospitalla tərəfdaşlıq müqaviləsi imzalayıb.
Mirağa