11:42 25.08.2022 551

"Yaxşı olan komanda ÇL-dən kənarda qaldı" - Filip Ozobiç

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya”ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra Xorvatiya mətbuatına müsahibə verib.

Fanat.Az Çexiyada "Qarabağ"ın yeganə qoluna imza atan millimizin üzvünün "İndex.hr" portalına müsahibəsini təqdim edir.

- Plzendə vurduğunuz qol Çempionlar Liqasının qrupuna düşməyiniz üçün kifayət etmədi. Statistikaya görə, “Viktoriya” ilə hər iki matçda üstün tərəf siz olmusunuz. Meydanda da belə idi?
- Bəli, hesab edirəm ki, daha yaxşı komanda mübarizədən kənarda qaldı. Ancaq “Viktoriya”nı təbrik etməliyəm. Onların layiq olmadıqlarını demək olmaz. Düşünürəm ki, hər iki matçda daha yaxşı tərəf biz idik. Çempionlar Liqasının qrupuna adlamaq şansından yararlana bilmədiyimiz üçün təəssüflənirəm.

- Avropa Liqasının qrup mərhələsində çıxış edəcəksiniz. Bu turnirlə bağlı hədəfləriniz nələrdir?
- “Qarabağ”ın təsnifat mərhələlərində “Lex”, “Sürix”, “Ferensvaroş” kimi ölkələrinin çempionlarını sıradan çıxarması təsadüf deyildi. “Qarabağ” uzun müddətdir avrokubokların daimi iştirakçısıdır. Ötən mövsüm Konfrans Liqasının qrupundan çıxdıq. Ümid edirik və inanırıq ki, bunu Avropa Liqasında da təkrarlaya bilərik.

- “Qarabağ”ın futbolçuları kifayət qədər tanınmasa da, olduqca keyfiyyətlidirlər. Komandanın və Azərbaycan çempionatının gücünü necə qiymətləndirərdiniz?
- İnsanlar burada olan futbolçular barədə az məlumata sahibdirlər. Həm yerli, həm də əcnəbi oyunçular çox yaxşıdır. Belə nəticələr təsadüf deyil, çünki “Qarabağ” illərdir avrokubokların qrup mərhələsində müntəzəm yer alır. Ölkə çempionatına gəlincə, Xorvatiya yüksək liqası səviyyəsində deyil, amma “Qarabağ”, “Neftçi”, “Sabah” var... Həqiqətən də, zəif olmayan bir neçə klub var.

- Ötən ildən Azərbaycan millisində də çıxış edirsiniz. Necə oldu ki, bu yığmanı seçdiniz?
- Gördüm ki, Xorvatiya millisində oynamaq şansım yoxdur, ona görə də 5 il burada keçirdikdən sonra Azərbaycan yığmasında çıxış etmək qərarına gəldim. Yığmada tək əcnəbi mən deyiləm, braziliyalı Riçard Almeyda da var.

- Milliləşmə AFFA-nın strategiyasıdır?
- AFFA beş il burada yaşayan əcnəbi futbolçunun Azərbaycan millisinə kömək edə biləcəyini düşünərsə, uğurlu nəticə üçün ona vətəndaşlıq təklif edir. Fikrimcə, Azərbaycan yığmasını seçdiyim zaman azarkeşlər də buna sevindilər.

- Azərbaycanda həyat necədir? Dili bilirsiniz?
- Burada çoxları kimi, mən də rus dilində danışıram. Ona görə də ünsiyyətdə problemim yoxdur. Bakıya gəlincə, bura müasir şəhərdir, hər şey yeni tikilib. Yaşamaq üçün çox xoş şəhərdir. İmkan düşsə, hər kəsə Bakıya gəlməyi tövsiyə edirəm.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X