09:00 31.08.2022 548

"Boşluqlarımız çoxdur" - Aslan Kərimov

Avqustun 24-ü FİFA nümayəndələrinin iştirakı ilə Bakıda milli komandaların maariflənməsi mövzusunda seminar keçirilib.

AFFA-nın məşqçilər kursları üzrə təlimatçısı Aslan Kərimov Fanat.Az-a açıqlamasında toplantıda müzakirə olunan mövzular və müəyyən olunan problemlər haqda danışıb:

"Bu dəfə FİFA nümayəndələri gəlmişdi. Mütəmadi olaraq UEFA və FİFA təmsilçiləri ilə görüş keçiririk.

Toplantılar səmərəli keçir. Danışıqlarımız olur. Gənc istedadların inkişafı haqda bəzi layihələrimiz var ki, onlar ətrafında müzakirələr aparırıq. Monitorinqlər olur. Milli komandaların maariflənməsi istiqamətində hansı irəliləyişə nail olub-olmadığımız da müzakirə olunur. Müəyyən etdik ki, boşluqlarımız çoxdur. Hər hansısa kluba "Bunu biz istədiyimiz kimi edin!"  deməyə hüququmuz çatmır. Belə bir təzyiq də düzgün olmazdı. Biz yalnız söhbət edib öz tövsiyyələrimizi veririk. Və yaxud, onların fikirlərini öyrənib ümumi bir qərara gələ bilərik. Bu baxımdan beynəlxalq futbol təşkilatlarının nümayəndələri də bizə köməklik göstərir.

İdeya odur ki, klublar və onların akademiyaları inkişaf yolunda düzgün istiqamətdə olsun. Fakt isə onu göstərir ki, klublarımız öz akademiyalarına maliyyə baxımından kifayət qədər diqqət ayıra bilmir. Banışıqlar əsnasında həmin boşluqları müəyyən etdik.

Ümumi büdcədən akademiyanın inkişafına ayrılan vəsaitin miqdarına baxanda müəyyən olunur ki, kifayət qədər deyil. İrəli addımlamaq istəyiriksə, ilk növbədə aşağı yaş qruplarının komfortunu təmin etməliyik. Əsas komandaya vəsait ödənilir. Bu, öz yerində qalsın, amma aşağı yaş qrupunun üzvlərinə də lazımolan diqqət ayrılmalıdır.

Fikrimi doğru anlamaya bilərlər. Burda söhbət məşqçilərə və ya gənc oyunçulara maaaş verilməsindən getmir. Başlıca məqam infrastruktur məsələsidir. Barmaqla sayılacaq qədər klublarımızın lazımi infrastrukturu var. "Qəbələ"dir və hardasa "Neftçi"ni qeyd etmək olar.

"Qarabağ"a gəlincə, orada da vəziyyət ürəkaçan deyil. Mən o klubdan çıxmışam. Bunu demək nə qədər çətin olsa da etiraf etməliyəm ki, Ağdam klubunun akademiyasındakı infrastrukturda müəyyən boşluqlar var. Bunu nə vaxtsa mütləq aradan qaldırmaq lazım gələcək.

İnfrastruktur deyəndə nəyi nəzərdə tuturam? Məsələn, bina tikmək üçün nə qədər istəsən xəyal edə bilərik. Ancaq əlimizdə ərazi olmasa, bu, elə arzu olaraq qalacaq. Müqayisə üçün inkişaf etmiş ölkələrdən danışmaq düzgün olmaz. Çünki İngiltərə Premyer Liqasında ortabab komandalardan biri, məsələn, "Nyukasl"ın akademiyasının nəznində 24 məşq meydançası var. Amma Avropanın Rumıya və ya Serbiya kimi ölkələrində fəaliyyət göstərən akademiyaların ən azı 3-4 futbol meydançası var.

Yəni bütün yaş qruplarının düzgün, rahat, qayğısız şəkildə inkişafı üçün heç olmasa 3 fərqli meydançası olmalıdır. Bu qədər rerursun olacağı halda indikinə nisbətən daha çox futbolçu yetişəcək. Çünki istənilən halda kütləvilik olmalıdır ki, uşaqlar futbol oynayıb peşəkarlığa doğru getsinlər.

Yeniyetmə futbolçularla işləyəndə taktiki gedişin məşqi lazım gəlir. Növbə ilə eyni meydanda bir saatlıq çalışmalarla uzağa gedə bilmərik. Əks hücumun qurulması üzərində işləmək üçün sənə ən az 70 metrlik stadion lazımdır ki, gənlər bunun necə baş verəcəyini mənimsəsin. Bizdə isə bir stadionu 4 hissəyə bölüb müxtəlif yaş qruplu futbolçuları məşq etdirirlər. Belə olacağı halda isə məşq proqramı məhdudlaşır. Taktiki məşqlər qalır ən arxa planda. Düşünürəm ki, bu mövzuya dqqət və vəsait ayrılsa sözügedən problem tədricən öz həllini tapar".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

Facebookdan bizi izləməyi unutmayın.
X