13:45 01.09.2022 1034

\"Pünik\"in oyununda \"Qarabağ Azərbaycandır\" deyən həmyerlimiz: \"Təxribata yol vermədən...\"

Moldovanın futzal liqasında “Qarabağ-Kişineu” adlı komanda çıxış edir. Bu komandanın təsisçisi sözügedən ölkədə yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlovdur. 

O, həm də Moldova Azərbaycanlıları Konqresinin sədridir. Ramil bəy və konqress üzvləri ötən həftə Avropa Liqasının pley-off mərhələsində Kişinyovda keçirilən “Şerif” (Moldova) - “Pünik” (Ermənistan) oyununda Azərbaycan bayrağı dalğalandırıb, "Qarabağ Azərbaycandır" aksiyası keçirərək gündəm olublar. 

Bunu nəzərə alaraq, Ramil bəylə əlaqə saxladıq. Həm aksiya, həm də “Qarabağ-Kişineu” klubunun fəaliyyəti ilə bağlı məlumat öyrəndik. 

Ramil Adıgözəlovun Fanat.Az-a müsahibəsinı təqdim edirik:

- Necə oldu ki, “Qarabağ-Kişineu” klubunu yaratmaq qərarına gəldiniz? 
- “Qarabağ-Kişineu” klubunu 2019-cu ildə ölkəmiz üçün mühüm olan 18 oktyabr tarixində təsis etdim. Həmin günlərdə ordumuz işğal altında olan torpaqlarımızı azad edirdi. Vətəndən uzaqda yaşayan hər bir azərbaycanlı kimi mən də öz töhfəmi vermək istədim. Atam ağdamlıdır, ona grə də Qarabağ mənim üçün sadəcə, söz deyil. 

- Komandanın çıxış etdiyi liqa, heyəti, çıxışları barədə məlumat verə bilərsiniz? 
- Gənc komandayıq. Futzal üzrə Moldova çempionatının C liqasında mübarizəyə qoşulduq. Çempionlata qoşulduğumuz ilk mövsümdə 5-ci yeri tutduq. Bu isə debütant komanda üçün elə də pis nəticə deyildi. İkinci mövsüm isə ikinci yeri tutduq. Tezliklə daha yüksək liqaya yüksəlmək uğrunda önəmli matç keçirəcəyik. 

Heyətimizdə həm azərbaycanlı, həm də moldovalı futbolçular var. Bunun sayəsində biz mədəni-milli dəyərlərimizi köçürür, özümüz isə yerli dəyərləri mənimsəyirik. Bu ölkənin mentaliteti bizimkindən fərqlənir. Burada futbol yalnız idman növü deyil, yerli cəmiyyətə sürətlə inteqrasiya etməyə kömək edən güclü sosial rıçaqdır. İdman məqsədlərini bzi də unutmuruq. Bir neçə mövsümdən sonra yüksək liqalara çıxmaq istərdik. Yüksək liqa üçün isə böyük pullar, sponsorlar lazım olacaq. Ancaq hələ ki, bütün diqqətimizi liqa adlamaq uğrunda keçirəcəyimiz matça yönəltmişik və addım-addım hədəfimizə doğru getmək istəyirik.

- Ötən həftə Moldova Azərbaycanlıları Konqresi "Qarabağ Azərbaycandır!" adlı aksiya keçirib. 100-ə yaxın soydaşımız UEFA Avropa Liqasının pley-off mərhələsində Kişinyovda keçirilən “Şerif” (Moldova) -“Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və Azərbaycan dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək Moldova komandasına dəstək olublar. Aksiyada Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb. Bildiyimiz qədərilə, siz də Moldova Azərbaycanlıları Konqresinin üzvüsünüz və həmin aksiyada iştirak etmisiniz. Həmin hadisə Azərbaycan mətbuatında gündəm oldu. Aksiya ilə bağlı fikirləriniz, hissləriniz maraqlıdır...
- Biz ölkədən kənarda yaşayan azərbaycanlılar digərlərinə nisbətən "Qarabağ" Azərbaycandır" şüarını daha tez-tez təkrarlamalıyıq. Biz harada olmağımızdan asılı olmayaraq, bir olmalıyıq. Biz “Şerif”in oyununa vətəndaş mövqeyimizi bildirməyə gəlmişdik. Moldova bir çoxumuz üçün ikinci evə çevrilib. Ona görə yerli komandaya dəstək olmağı özümüzə borc bildik. Eyni zamanda, “Qarabağ Azərbaycanın olub və olacaq” şüuarını səsləndirdik. Moldova Respublikasının qanunvericiliyinə uyğun olaraq, polisdən razılıq əldə edərək, sivil qaydada, təxribatlara yol vermədən aksiyamızı keçirdik.

- Ramil bəy, Moldovada futbol agenti olaraq fəaliyyət göstərirsiniz. Azərbaycanlı futbolçularla çalışırsınız, və ya hansısa futbolçunu Azərbaycan klubuna göndərmisiniz? 
- Təbii ki, hər kəslə olduğu kimi, azərbaycanlı futbolçularla da işləyirəm. Amma təəssüflər olsun ki, Azərbaycan futbolçusunun xarici kluba keçidini təşkil etmək Aİ pasportu olan oyunçulardan qat-qat çətindir. Çünki onlar Avropada legioner hesab olunurlar. Mənim çalışdığım bazar isə əsasən Avropadır. Ancaq baxmayaraq ki, azərbaycanlı oyunçuları Aİ ölkələrinə, hətta Moldovaya da gətirmişəm.

- Klubunuzla bağlı planlarınızdan danışdınız, bəs özünüzün gələcək planlarınız nədir?
- Ümid edirəm, bir gün vətənə qayıdacağam. İndi Azərbaycanda ildə bir neçə dəfə oluram, amma daha tez-tez gəlmək istərdim. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

Facebookdan bizi izləməyi unutmayın.
X