"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Fransa "Nant"ı cari mövsümün əvvəlində Türkiyə "Qalatasaray"ından icarəyə götürdüyü misirli futbolçu Mustafa Məhəmmədi birdəfəlik transfer edəcək.
Fanat.Az "Habertürk"ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 11 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 25 yaşlı forvardın keçidi üçün yaxın günlərdə "sarı-qırmızılar"la danışıqlara başlayacaq.
İstanbul klubu futolçusuna 5,750 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Qarabağ" və "Nant" arasında ilk qarşılaşmada Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşdə "köhlən atlar" rəqibini darmadağın edib - 3:0.