09:00 30.09.2022 483

"Samir Abasov "Sumqayıt"ı bataqlıqdan çıxaracaq" - Aslan Kərimov

Baş məşqçi Aleksey Baqa ilə yollarını ayıran "Sumqayıt" bu posta keçmiş çalışdırıcısı Samir Abasovu gətirib.

İllər öncə Azərbaycan millisinidə və "Qarabağ"da Samir Abasovla komanda yoldaşı olmuş veteran yarımmüdafiəçi Aslan Kərimov Fanat.Az-a açıqlamasında bu təyinatı şərh edib:

"Sözsüz ki, Samir Abasovun əvvəllər çalışdırdığı "Sumqayıt"la indikinin arasında böyük fərq var. Komanda bu ildən heyətinə xarici futbolçular cəlb edib. Samirin "Neftçi" təcrübəsi ona legionerlərlə rahat işləməyə imkan verəcək. Onun dönəmində "Neftçi"nin heyətində legionerlər çoxluq təşkil edirdi. Çempionatın qızıl medalını da elə həmin əcnəbi futbolçularla əldə etdi. Onu da qeyd etmək lazımdır ki, o zaman "Qarabağ"dan bir baş üstün deyildilər ki, buna individual futbolçular sayəsində nail olsunlar. Əzmkarlığın, seçdikləri beşli müdafiə strategiyasının hesabına ikinci dalğa ilə "Qarabağ"a hücum etmək istəyirdilər. Bunun da sayəsində məqsədlərinə çatdılar. Mən yalnız misal olaraq bir oyun ətrafında danışdım. Ümumilikdə götürsək, "Neftçi"də legionerlərlə işləmək Abasova böyük təcrübə qazandırdı. 

Düşünürəm ki, Samir "Sumqayıt"a çox şey verə bilər. Fikrimcə, Samir Abasov və Ayxan Abbasovun "Sumqayıt"ının Aleksey Baqanın əlinə keçməsi bir uçurum idi. Bunu deməkdə mənim məqsədim Baqanın yaxşı və ya pis məşqçi olduğunu bildirmək deyil. Əsla! Onun da kifayət qədər futbol bilgisi var və bəlli futbol fəlsəfəsinə malikdir. Amma yəqin ki, Azərbaycanlı futbolçuların psixologiyasını, yerli mədəniyyəti və mentaliteti mənimsəyə bilmədi. Bəlkə də bu səbəbdən onda alınmırdı. Samir isə bilavasitə "Sumqayıt"ın yetirməsidir və ona futbolçularla işləmək daha uyğun olacaq. Nə olursa olsun, Samir Abasovun temperamenti, onun əzmkarlığı düşünürəm ki, "Sumqayıt"ı ancaq yaxşılığa doğru aparacaq. Nəyəsə nail olacaqlar. Bəli, çempionat başlayandan bəri çox xallar itirdilər. Bunu geri qaytarmaq isə həddən artıq çətin olur. Amma mümkündür. Ötən ilki "Sabah" klubunu misal gətirərdim.

Bəlli məsələdir ki, "Sumqayıt" artıq çempionluğa oynayası deyil. Çox güman ki, qarşılarına belə bir məqsəd qoymayıblar. Ən yaxşı halda ilk dördlüyə yaxınlaşa bilərlər. İtirilən xalları nəzərə alsaq, Avropa turnirlərinə vəsiqə verən yerləri tutmaya bilərlər. İrəlidə uzun bir marafon var. Mənə elə gəlir ki, Samir Abasovun başçılığı altında komanda bunun öhtəsindən gələ bilər. Çünki xərclədiyi pulların müqabilində komandaya dəvət etdikləri futbolçulara nəzər yetirsək, heç də pis təsir bağışlamırlar. Samirin gözündə həmin legionerlər hansı səviyyədədir, onu ancaq zaman göstərəcək. 

Məşqçi olaraq istədiyini oyunçulara yeritmək baxımından Samir daha yaxındır. İstənilən halda həm yerli, həm də əcnəbi futbolçularla düzgün ünsiyyətə girməlisən. Abasov da isə bu alınır. Düzdür işlər yağ kimi getməyəcək, çətinliklər olacaq. Samirin qarşısında duran başlıca problem başqa məşqçinin gətirdiyi legionerlərlə davam etməkdir. Bilmirəm, həmin futbolçularla davam edəcəklər və ya qış transfer pəncərəsində yeni oyunçular cəlb edəcəklər. Baş məşqçi və rəhbərlik arasında bu istiqamətdə hansı danışıqların getdiyindən də çox şey asılıdır. Digər çalışdırıcınn gətirdiyi legionerlərlə işləmək asan olmur. Ən vacibi isə yerli oyunçuları razı salmaqdır. Meydançanın içində legionerləri idarə edən elə yerli futbolçulardır. 

Mən inanıram ki, Samir Abasov "Sumqayıt"ı bataqlıqdan çıxaracaq. Onda bunun üçün potensial da var. Hazırki futbolçularla Samir belə bir işin öhtəsindən gələ bilər. Məşqçi kimi onun savadına və bacarığına şübhə etmirəm. Onun çılğınlığı da buna köməklik göstərə bilər. Samirin bu xarakteri hətta komandanı belə stressli məqamlarda vəziyyətdən çıxarmağa köməklik göstərə bilir". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X