"Qarabağ"ın Avropa Liqasının qrupunda rəqibi olan "Olimpiakos" zədə epidemiyasından əziyyət çəkir.
Fanat.Az xəbər verir ki, Yunanıstan klubunun baş məşqçisi Miçel Madrid radiosuna açıqlamasında heyətdəki itkilərdən, həmçinin yeni transferlərin hələ hazır olmamasından gileylənib:
"Qapıçı Tomaş Vatslik, müdafiəçilər Panayotis Retsosmüdafiəçi və Usseynu Ba bir müddət bizə kömək edə bilməyəcək. Xames Rodriges də Kolumbiya milli komandasından ağrılarla qayıdıb. Düzdür, onun problemi ciddi deyil, kolumbiyalını qorumalıyıq. Nəhayət, Marseloya gəlincə, o, dünən komanda ilə normal məşq etdi. Amma braziliyalı dərhal yox, hazır olanda oynayacaq".
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Mirağa