13:24 03.10.2022 362

“Neftçi” “Azərsun Arena”dan əliboş döndü – Tura baxış

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə başa çatdı. Sözsüz ki, VIII turun ən maraqla gözlənilən oyunu “Qarabağ”la “Neftçi”nin qarşılaşması idi. Gözləmək olardı ki, “Neftçi” itirilmiş xalların sayına görə çempionatın lideri olan “Qarabağ”ı büdrətməklə 1-ci pillədə möhkəmlənəcək. Amma “ağ-qaralar”ın buna gücü çatmadı...

“Səbail” – “Qəbələ” 1:2 
Qollar: Ağabala Ramazanov, 61-pen. - İsnik Alimi, 54-pen. Ülvi İsgəndərov, 90
Qırmızı vərəqə: Qustavo de Fransa, 44 (ikinci sarı)

"Səbail": 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 30. Franko Mazurek, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.

"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Bu qarşılaşmadan əvvəl mətbuatda belə xəbərlər dolaşırdı ki, Bayıl təmsilçisinin rəhbərliyinin səbr kasası daşıb və “Səbail” “Qəbələ”yə məğlub olacağı halda Mahmud Qurbanovun istefaya göndəriləcək. 90 dəqiqənin sonunda sevinən tərəf “Qəbələ” oldu. Amma hələlik Qurbanovun istefasıyla bağlı hansısa açıqlama eşitməmişik. Deməli, klub rəhbərliyi komandanın son dəqiqələrdə gələn qolla məğlub olmasını, özü də oyunun böyük bir bölmünü azlıqda keçirməsini nəzərə alıb. Həqiqətən də “Qəbələ” ilə oyunda “Səbail” məğlubiyyətə layiq deyildi. Qustavo de Fransanın 44-cü dəqiqədə meydandan qovulmasıyla qonaqlar say üstünlüyü də qazanmışdılar.

Görüşdə hesabı qonaqlar penaltidən açdılar. Elə “Səbail”in cavabı da penaltidən gəldi. Düşünmək olardı ki, komandalar meydandan “sülh”lə ayrılacaqlar. Amma Ülvi İsgəndərov ötən mövsümün əksər oyunlarında olduğu kimi “Qəbələ”nin xilaskarına çevrildi. Onun qolu sayəsində “qırmızı-qaralar” vacib 3 xal qazandılar. Bu qələbə sayəsində “Qəbələ” xalını 15-ə yüksəltdi və bu turu 4-cü sırada tamamladı. “Səbail”in “əsas rəqibləri” “Kəpəz”lə “Sumqayıt”ın bu tur xal itirməsi də Bayıl təmsilçisinin işinə yaradı. Çünki belədə “Səbail” 7-ci sıradakı yerini qoruya bildi. 

“Turan Tovuz” – “Zirə” 1:3
Qollar:
Natan Oduva, 28. - Coşqun Diniyev, 31. Hamidu Keyta, 40, 47.

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Tovuzdakı qarşılaşma “Zirə” üçün pis başladı. Ötən tur “Qarabağ”dan ağır zərbə alan qəsəbə təmsilçisi 28-ci dəqiqədə Oduvanın qoluyla hesabda geri düşdü. Amma Rəşad Sadıqovun yetirmələri yüksək əmzkarlıq nümunəsi göstərməyi bacardı. Qonaqlar fasiləyə qədər “Turan Tovuz”un qapısına iki dəfə yol tapmaqla hesabı öz xeyirlərinə dəyişdilər. Coşqun Diniyevlə Keyta “Zirə”ni fasiləyə qalib apardılar. Keyta 47-ci dəqiqədə daha bir qol vurmaqla yekun hesabı müəyyənləşdirdi. Meydan sahiblərinin bu qolların əvəzini çıxmağa gücü çatmadı.

Doğma meydanda ikinci dəfə məğlub olan “Turan Tovuz” topladığı 10 xal sayəsində 6-cı sıradadı. 13 xallı “Zirə” isə elə “Turan Tovuz”u 3 xal qabaqlayaraq 5-ci pillədə möhkəmlənib.

“Qarabağ” – “Neftçi” 3:1
Qollar:
Kadi Borqes, 56, Abdulla Zubir,  67, Kvabena Ovusu, 74 - Eddi İsrafilov, 24.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 4. Solomon Kverkveliya, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

Eddi İsrafilov “Azərsun Arena”dakı görüşün 24-cü dəqiqəsində hesabı açanda “Neftçi” azarkeşlərinin sevincinin həddi-hüdudu yox idi. Bu qol həm də ona görə qiymətli idi ki, İsrafilovun hesabı açması oyunun məntiqi axarına uyğun idi. Qonaq komanda səviyyəli rəqibi qarşısında itib-batmamışdı, topa və meydana nəzarətdə heç də pis təsir bağışlamırdı. Elə bu səbəbdən də “Neftçi”nin hesabı açmasından sonra “ağ-qaralar”ın Suraxanıdan qələbəylə dönəcəyinə ümid edənlərin sayı xeyli çox idi. Amma səviyyə fərqi özünü fasilədən sonra göstərdi. “Neftçi” ilk yarıdakı performansını sona qədər davam etdirə bilmədi. Əvvəlcə Kadi Borqes fərqləndi, daha sonra Zubir. Avrokubok qarşılaşmalarında olduğu kimi, Ovusu yekun hesabı mükəmməl qolla müəyyənləşdirdi. 3:1 hesablı qələbə “Qarabağ”a 3 xal və vahid liderlik qazandırdı. Bir oyunu ehtiyatda olan “köhlən atlar” 7 oyundan maksimum nəticəylə turnir cədvəlinin lideridi. İki əsas rəqibinə uduzan “Nefçi”nin 3-cü pillədə olması da ədalətlidi.

“Şamaxı” – “Sabah” 0:1 
Qol:
Abdulaye Ba, 90+1

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov, 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli

“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Elə “Şamaxı”–“Sabah” qarşılaşmasının da taleyini səviyyə fərqi həll etdi. Gənc “şamaxılılar” güclü və təcrübəli rəqibi qarşısında sona qədər davam gətirə bilmədilər. Baxmayaraq ki, görüşün 90 dəqiqəlik əsas vaxtı qolsuz heç-heçə ilə başa çatmışdı. Meydan sahibləri bir xala ümid etdiyi anda Abdulaye Ba səhnəyə çıxdı və “Şamaxı”nın qapı torunu silkələdi. “Neftçi”yə və “Turan Tovuz”a doğma meydanda 0:1 hesabıyla uduzan “Şamaxı” bu aqibəti “Sabah”la oyunda da yaşadı. Tamamilə yerli futbolçulardan qurulan komandanın bu taleyi yaşaması heç də təəccüblü sayılmamalıdı. Bəzi məqamlarda təcrübə, bəzən də fiziki güc hesabı qoruyub saxlamağa imkan vermir. 

Bununla belə “Şamaxı”nın gələcəyinə ümidlə baxmaq olar. İndilik isə aktivində cəmi 2 xalı olan əyalət təmsilçisi turnir cədvəlinin sonuncusudu. “Sabah” isə qazandığı qələbə sayəsində xalını 19-a yüksəltdi və “Qarabağ”ı inamla təqib edir.

“Sumqayıt” – “Kəpəz” 0:0 

“Sumqayıt”: 13. Aydın Bayramov 3. Vurğun Hüseynov (k) 6. Vüqar Mustafayev 14. Elvin Bədəlov 10. Vüsal İsgəndərli 17. Murad Xaçayev 18. Süleyman Əhmədov 11. Rüfət Abdullazadə 8. Səbuhi Abdullazadə 5. Stiven Pereyra 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev 36. Xəyal Fərzullayev 7. Araz Abdullayev 15. Vüqar Bəybalayev 24. Elşən Abdullayev 55. İbrahim Əliyev 20. Ayxan Süleymanlı 21. Nihad Əhmədzadə 30. Filipe Çabi 23. Rifat Nurmuqamet 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov

“Kəpəz”: 68. Orxan Sadıqlı 22. Əfran İsmayılov 74. Yusif Nəbiyev 10. Əli Səmədov (k) 14. Elçin Əlicanov 2. Zamiq Əliyev 5. Peyman Keşavarzi 40. Ahmed Ayzaya 9. Mate Kvirkviya 7. Giorgi Kantariya 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov 1. Müşviq Nadirov 8. Tural Axundov 32. Elvin Yunuszadə 80. Tural Rzayev 70. Nicat Süleymanov 77. Fərid Nəbiyev 97. Nicat Məmmədov 20. Mahir Həsənov 78. Yeqor Xvalko 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

Turun ən sönük oyunu Sumqayıtda keçirildi. Autsayderlərin qarşılaşmasında nə qol sevinən oldu, nə də qələbəyə. Baxmayaraq ki, Samir Abasovun gəlişindən sonra sumqayıtlı azarkeşlər ümidlənmişdi. Maraqlıdı ki, səkkiz tur ərzində “Sumqayıt” oyun vəziyyətindən vurulan qola sevinə bilməyib. “Gənclik şəhəri”nin təmsilçisi “Kəpəz”in də qapısına yol tapa bilmədi. Hərəyə bir xal qazanan komandalar hallarından məmnun qala bilərlər. Heç də təsadüfi deyil ki, “Kəpəz”lə “Sumqayıt” topladığı xal sayı da eynidi. 4 xalı qənimət bilən komandalar turnir cədvəlinin “zirzəmisində” də qonşudular.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X