Azərbaycanın iki FIFA dərəcəli hakiminə UEFA-dan təyinat gəlib.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatına təyinat alıblar.
Onlar seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlarda iş başında olacaqlar. İtaliya, Yunanıstan, Finlandiya və Kosovo milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.