Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az saytının məlumatına görə, qarşılaşmanı Bosniya və Herseqovina Futbol Federasiyasından olan hakimlər idarə edəcək.
Matçın baş hakimi İrfan Peltodur. Ona Davor Belyo və Damir Laziç kömək edəcəklər. Görüşün dördüncü hakimifunksiyasını isə Antoni Bandiç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.