Bu həftə UEFA bayrağı altında keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Oyunlarda İndoneziyada "Arema" və "Persebaya" klubları arasında keçirilən matçdan sonra yaranan iğtişaşlar zamanı həyatını itirənlərin xatirəsinin yad olunması səbəbindən sükut olacaq.
Qeyd edək ki, sözügedən oyundan sonra "Arema" azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər dünyasını dəyişib.
"Qarabağ" oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin III turunda "Olimpiakos"un qonağı olacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.