"Olimpiakos"un futbolçusu Matyö Valbuena Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl baş tutan mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi belə danışıb:
"Sabah mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm.
Əvvəlki iki turda uduzmuşuq. Tam şəkildə bu qarşılaşmaya köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq ki, istəyimizə çataq".
38 yaşlı oyunçu "Qarabağ"la matçda daha çox mübarizə aparmalı olduqlarını vurğulayıb: "Yaxşı komandamız, yüksək səviyyəli futbolçularımız var. Doğru yoldayıq. Əzmlə çalışsaq, nəticə özü gələcək".
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.