"Olimpiakos"un yarımmüdafiəçisi Andreas Buxalakis Avropa Liqasının 3-cü turunda "Qarabağ"a böyük hesablı məğlubiyyəti (0:3) şərh edib.
Fanat.Az xəbər verir ki, "Cosmote TV" kanalına danışan 29 yaşlı yunanıstanlı futbolçu məyus olduğunu gizlətməyib:
“Erkən qol vurmağa, tempi artırmağa və beləliklə, qrupda ilk qələbəni qazanmağa çalışdıq. Gərginliyi saxladıq, ilk yarıda pis görünmürdük. Ancaq alınmadı. Bəlkə daha çox "açıldıq". Bu, qələbə qazanmaq istəyindən irəli gəlirdi. Əks-hücumlara bel bağlamırdıq. Deməyə çox sözümüz yoxdur. Özümüzə, komandaya və azarkeşlərə görə çox üzüldük. İmicimizi və nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq.
Mübarizəni davam etdirməyə gücümüz çatacaq, ya yox - bunu təkcə deməklə, istəməklə deyil. Çalışmalıyıq, özümüzü meydanda göstərməliyik. İndi nə danışsaq, mənasızdır".
Mirağa