Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” Almaniya 3-cü liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, onun komandası XI turun görüşləri çərçivəsində səfərdə “Oldenburq”la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” 11 turdan sonra 9 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.