Bakı "İnter"inin sabiq prezidenti Georgi Nikolov AÇ-2024-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının F qrupuna düşməsinə münasibət bildirən bolqar futbol funksioneri belə danışıb:
“Deməzdim ki, seçmə mərhələnin ən çətin qrupudur. Məncə, Azərbaycan estonlarla oyunlarda 6 xal qazanacaq. Buna inanıram. Ola bilsin ki, yığmanız Avstriyadan da 2 xal aldı. Belçika və İsveçin isə çox güclü heyəti var. Bu rəqiblərlə necə olacağını təsəvvür etmək çətindir. Tutaq ki, 4 oyuna 1 xal... Reallıqla uzlaşan təxminim belədir".
AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan Belçika, Avstriya, İsveç və Estoniya da mübarizə aparacaq.
Nihat