08:00 11.10.2022 712

"Qrupdan çıxmaq şansımız yoxdur" - Şahin Diniyev

Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Canni De Byazinin baş məşqçisi olduğu millimiz Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Azərbaycan yığmasının sabiq çalışdırıcısı Şahin Diniyev Fanat.Az-a açıqlamasında millimizin bu qrupdakı şanslarını dəyərləndirib:

"Püşkatma bizim üçün uğursuz oldu. Ən azı üçüncü komanda daha aşağı yığma ola bilərdi. Amma bu, İsveçdir. Şərqi Avropa komandalarından kimsə rəqib olsaydı daha rahat olardı. 
Hər bir komandanın məqsədi seçmə mərhələnin qrupunda 1 və ya 2-ci yeri tutmaqdır. Gəlin görək, bu, bizim üçün nə dərəcədə realdır? 

Belçika millisinin qızıl heyətinin axır illəridir. Həmin kollektivin son şansları bu qrupdan çıxmaq və Avropa çempionatında mükafatçılar sırasında olmaqdır. Komandada nəsildəyişmə olacaq. Yaş baxımından deyirəm. Onlar bizim üçün keçilməz rəqib sayılır. Qrupun da aşkar favoritidir.

Avstriya və İsveç... Bu komandalar ikincilik uğrunda mübarizə aparacaqlar. İsveç də həminki İsveç deyil. 3-cü səbətdən çıxıblarsa, bu, artıq hər şeyi deyir. 

Hər bir komandanın minimum və maksimumu olduğu kimi bizim də hədəflərimiz var. Bizim məqsədimiz ən azı qrupu sonuncu yerdə başa vurmamaqdır. Maksimum nəticəmiz isə 3-cülük uğrunda mübarizə aparmalıyıq. Futbol ölkəsi kimi, yığma kimi, oyunçu olaraq inkişaf etmək istəyiriksə, məqsəd uğrunda gərgin mübarizəyə girməliyik. Bu da bizim maksimum. 

Gəlin, reklamdan və pafosdan uzaq real danışaq. Deyək ki, qrupdan çıxmaq şansımız var, hər şey yaxşı olacaq... Xeyr. Bununla həm azarkeşləri, həm də futbol ictimaiyyəti aldadmış oluruq. Qrupdan çıxmağa şans yoxdur. Amma üçüncülük uğrunda mübarizə dişimiz üçün olar. Bir daha deyirəm, əgər böyüyüb inkişaf etmək istəyiriksə, çətin mübarizəyə qoşulub 3-lük uğrunda vuruşmalıyıq. Bu, mümkündür. 

Yəni, maksimum və minimum məqsəd olmalıdır. Mən də bizim millinin şanslarını dəyərləndirdim. Ola bilər kiminsə fikri ilə üst-üstə düşməyə bilər. "Ola bilər" yox, dəqiq kiminsə fikri ilə üst-üstə düşməyəcək.  Amma reallıq budur". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X