Bu gün futbol üzrə Misli Premyer Liqasının X turu çərçivəsində "Qəbələ"ni qonaq edən "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli 1:1 hesabı ilə başa çatan oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı mütəxəssis "CBC Sport"a açıqlamasında oyunu belə dəyərləndirib:
"Azarkeşləri təbrik edirəm. Məğlub olduğumuz dəqiqələrdə də sona qədər dəstəklədilər. Bəzən səbirsizlik edirlər. Amma gənc komandayıq, tədricən hər şey qaydasına düşəcək.
Bilirdik ki, gərgin oyun olacaq. Heyətdə bəzi dəyişikliklər etmişdik. Qurban Səfərovun oyunun gedişində zədələnməsi də planımızı pozdu. Topu saxlamada problem yaşamağa başladıq. Qurbanın zədəsi ilə bağlı vəziyyəti Bakıya qayıtdıqdan sonra biləcəyik. MRT-dən sonra müayinənin dəqiq nəticəsini biləcəyik. Bir xal hər şey həll olunmur. Çalışacağıq ki, xal və xallarımızı artıraq".