Misli Premyer Liqasının X turunda "Səbail"lə matçda xəsarət alaraq meydanı tərk edən "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyevin zədəsi ciddidir.
Bu barədə Fanat.Az-a futbolçu özü məlumat verib.
O, bildirib ki, hazırda ağrısı var və növbəti turda "Qarabağ"la matçda iştirakı sual altındadır.
Qeyd edək ki, Əliyev matçın 62-ci dəqiqəsində zədələnib. Onun yerinə meydada Eltun Turabov çıxıb.
Xatırladaq ki, "Turan Tovuz" - "Səbail" matçı 2:2 hesabı ilə başa çatıb.
Röya