Misli Premyer Liqasının X turunda "Sabah" öz meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra "Sabah"ın baş məşqçisi Murad Musayev mətbuat konfransında görüşü dəyərləndirib:
"Çoxlu qol epizodları olan parlaq oyun izlədik. Yüksək tempi sonadək saxlaya bildik və fərqlənə bildik. Düşünürəm ki, penalti var idi. Önəmli olan qələbə idi ki, bunu da qazandıq. Bəlkə bu gün yaxşı oynadıq. Amma bu, rəqibdən də asılı idi. Açıq oynadılar. Arsenalımızda olanları daha da inkişaf etdirməliyik".
O, hazırda qərarlaşdıqları mövqeyə layiq olduqlarını söyləyib: "Amma bəzi oyunlarda son dəqiqələrdə qol vurub qalib gəlmişik. Bəzən bəxtin gətirməyə də bilər. Ona görə də hansısa oyunda qələbə qazanmamağımızı və bu səbəbdən "Qarabağ"dan geri qaldığımızı müzakirə etmək istəmirəm".