Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, yeni mövsümdə turnirdə 14 komanda mübarizə aparacaq.
Ötən çempionatda ilk iki yeri tutan “Qarabağ”la “Neftçi” kuboka 1/4 finaldan başlayacaq.
Premyer Liqanın digər 8 komandası və I divizionun 4 təmsilçisi ilk raunddan – 1/8 finaldan mübarizəyə start verəcək. İlk mərhələnin matçları noyabrın 22-23-də baş tutacaq.
Qeyd edək ki, kubok yarışlarında 7+4 legioner limiti tətbiq olunacaq.
Azərbaycan kuboku
2022/23 mövsümü
1/8 final
(22-23 noyabr 2022-ci il)
1. “Qəbələ” – “Araz-Naxçıvan”
2. “Səbail” - MOİK
3. “Şamaxı” – “Turan Tovuz”
4. “Sabah” – “Qaradağ Lökbatan”
5. “Kəpəz” – “Sumqayıt”
6. “Zirə” – “Mingəçevir”
1/4 final
(8-9 və 19-20 dekabr 2022-ci il)
7. “Qarabağ” - 1-ci cütün qalibi
8. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
9. 4-cü cütün qalibi – 5-ci cütün qalibi
10. 6-cı cütün qalibi – “Neftçi”
1/2 final
(19 və 27 aprel, 2023-cü il)
11. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
12. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
Final
(3 iyun, 2023-cü il)
13. 11-ci cütün qalibi – 12-ci cütün qalibi