17:25 21.10.2022 1594

"Düşünürdüm ki, yeni komandadır, amma ..." - Aslan Kərimov

Misli Premyer Liqasında 2022/2023 mövsümünün 10 turu geridə qalıb. Bu isə o deməkdir ki, ölkə çempionatında ilk dövrə başa çatıb. 

Azərbaycan millisinin, "Qarabağ", "Neftçi", eləcə də ölkə çempionatının bir çox klublarında forma geyinmiş sabiq yarımmüdafiəçi Aslan Kərimov Fanat.Az-a açıqlamasında ilk dövrəni dəyərləndirib. 

"Turnir cədvəlindəki düzülüş (əsasən ilk 5-lik - red.) proqnozlarımızın doğru çıxdığını göstərdi. Öncədən də bilinirdi ki, həm "Neftçi", həm də "Sabah" maliyyə vəziyyətlərini stabilləşdiriblər və daha yüksək səviyyəli oyunçular alacaqlar. Bu baxımdan ən azı "Qarabağ"la mübarizə aparmağa çalışacaqlar. Vurğulayıram, çalışacaqlar. Turnir cədvəlinin zirvəsində olan komanda və ikinci yerdə qərarlaşan klub arasındakı 5 xallıq fərq onu göstərir ki, "Qarabağ" aşağıdakı komandalardan daha təcrübəlidir. Həm oyun üslubunda, həm maddi balans baxımından onlardan üstündür. Bu, aşkardır. 

49 yaşlı veteran futbolçu 10 turdan sonra onu yaxşı və pis mənada təəccübləndirən komandalar barədə də danışıb: 

"Çempionat start götürəndə "Sumqayıt"ın ortalarda yerləşə biləcək bir komanda olacağını düşünürdüm. Amma sumqayıtlılar mövsüm start götürəndən bəri bir qələbə belə, qazanmayıb və 6 oyunda məğlub olub. Odur ki, gözləntilərimin əksini gördüm. İndi baş məşqçi dəyişikliyi ediblər. Hazırda komandanı Samir Abasov çalışdırır. Ondan hələlik böyük bir şey gözləmək doğru olmaz. Abasovun "Sumqayıt"dakı effektini yəqin ki, qış fasiləsindən sonra görəcəyik.

Çempionatın debütantı "Turan Tovuz" isə məni sözün yaxşı mənasında təəccübləndirdi. Onların oynlarını yüksək qiymətləndirirəm. "Sumqayıt" ümidlərimi doğrultmadısa, "Turan Tovuz" diqqətimi  xüsusilə öz üzərinə çəkə bildi. Onlardan bu dərəcədə performans gözləmirdim, sözün açığı. Buna da səbəb var idi. Düşünürdüm ki, yeni komandadır, amma buna baxmayaraq, təcrübə baxımından özlərindən bir baş üstün klubları geridə qoya biliblər. Onların turnir cədvəlinin ortalarında yer alması təqdirəlayiqdir. Məsələn, "Səbail"lə və ya "Sumqayıt"la "Turan"ın müqayisəsini aparsaq, görərik ki, Tovuz klubundan fərqli olaraq onlar çempionata daha alışqandır. Ayxan Abbasovun yetirmələri isə bu klubları geridə buraxmağı bacardı. Bu isə məndə xoş təəssüratlar oyatdı".

Təcrübəli mütəxəssis gələn turun mərkəzi görüşü - "Neftçi" və "Sabah" oyunu barədə də danışıb: 

"Həqiqətən də bu iki komandanın oyunu maraqla gözlənilir. Çünki tərəflərin ilk qarşılaşmalarında da olduqca gərgin mübarizənin şahidi olduq. Bir klub önə çıxdı, daha sonra digər komanda hesabı bərabərləşdirdi. Penaltilər, son dəqiqələrdə vurulan qol və sair... Bunlar hamısı hər iki komandanın istəkli olduğunun göstəricisidir.

Komandaların hazırki şanslarını dəyərləndirəsi olsaq, mənə elə gəlir ki, "Sabah" nisbətən "Neftçi"dən daha stabil oyun nümayiş etdirir. Mövsüm ərzində bir neçə oyunda şahidi olmuşuq ki, "ağ-qaralar" istədiklərini ortaya qoya bilmirlər. "Sabah" isə bu baxımdan daha inamlı təsir bağışlayır. "Neftçi" meydan sahibir və şans baxımından bir qədər öndə görünə bilər. 

Bu oyunda tərəflərdən birinin buraxacağı kiçik bir səhv ona baha başa gələcək".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X