12:34 24.10.2022 618

Premyer Liqada "qırmızı fırtına" 

Misli Premyer Liqasında 2022/2023 mövsümünün 11 turu geridə qalıb. Bu isə o deməkdir ki, ölkə çempionatında ilk dövrə X turda başa çatıb. 

Fanat.Az-ın apardığı müşahidəyə əsasən, bu il ötən mövsümdən fərqli olaraq ilk dövrədə futbolçulara verilən qırmızı vərəqələrin sayı demək olar ki, iki dəfə çox olub. 2021/22-ci illər mövsümündə I dövrədə cəmi 7 nəfərə "qırmızı" göstərilib. Bu il isə ilk 10 turda 13 dəfə qırmızı vərəqəyə müraciət olunub.

Sabiq FİFA referisi, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov saytımıza açıqlamasında bu durumu belə şərh edib:

"Əvvəla çempionatdakı komandaların sayının çoxalması buna səbəb kimi göstərilməlidir. Bundan əlavə, çempionat oyunlarındakı gərginliyin artması da bu göstəriciyə təsir edən amillərdəndir. Premyer Liqada çıxış edən komandaların əksəriyyətinin səviyyəsi bərabərdir. Üçüncü səbəb isə odur ki, hakimlər bəzən mənasız yerə qırmızı vərəqə göstərirlər. Bir neçə epizod var ki, orda qırmızı vərəqəyə ehtiyac yox idi. Hakim səhvlərinin olması da əsas faktorlardan biridir. Elə X turda Elçin Məsiyevin Coşqun Diniyevə verdiyi qırmızı vərəqəni götürək. Haklimlər Komitəsinin sədri də etiraf etdi ki, doğru qərar deyildi".

Veteran referi bu il Misli Premyer Liqasındakı hakimliyin səviyyəsindən də danışıb:

"Hazırki hakimlik zəifdir. Bunun günahı yeni gələn komitə sədrində deyil. Səbəb Azərbaycanın futbolunun hakimliyində Frits Ştuxlikin ab-havasının qalmasıdır. O, bizim hakimliyi bu günə saldı. Qışdan sonra hansısa təlim-məşq toplantısı keçiriləcəksə, onda nəyəsə ümid etmək olar. Hazırda isə hakimlik zəifdir və hər şeyi bağlayırlar VAR-a. Guya VAR bunların səhvini düzəldəcək. Bu da düzgün deyil. Hər bir qərara görə VAR-a müraciət etmək düz deyil. Bu sistemə oyun ərzində iki dəfə müraciət edərlər. O da mürəkkəb və gözlə görülməyən bir epizod olanda. Yoxsa ki, hər xırda şeyə görə qaçırlar VAR-a. Boş yerə oyun dəqiqələri də gedir. Bu, futboldur. Soyuq havada 5-6 dəqiqə gözləməlisən ki, görək hakim nə qərar verir. Oyunda temp də düşür. Futbolçuların üşüməsi də var. 

Frits Ştuxlikin təsirnin altından çıxmaq üçün bizə 4 ilə qədər vaxt lazımdır. Yaxşı hakim bir ilə də düzələr. Barış hələ iki aydır işləyir. Baxıram ki, düzgün yoldadır, amma bilmirəm daxildə hansı proseslər baş verir. Buraxılan səhvlərə görə hakimləri bağışlamır ki, bu da yaxşı haldır". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

Facebookdan bizi izləməyi unutmayın.
X