14:50 25.10.2022 404

"Qəbələ"nin ev oyununu niyə cəmi 33 fanat izləyib? - AÇIQLAMA

Misli Premyer Liqasının XI turu çərçivəsində "Qəbələ" öz meydanında digər bölgə təmsilçisi "Kəpəz"i qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə nəticələndi. 

Fanat.Az-ın əməkdaşı oyundan kənarda baş verənləri izləyərkən meydan sahiblərinin fanklubu "Red Black Army"nin azarkeşlərinin sayının daha əvvəlki ev qarşılaşmalarına nisbətən az olduğunu müşahidə etdi. Daha dəqiq desək, 33 nəfər. 

"Red Black Army"nin rəhbəri Cavad Şərifli saytımıza verdiyi açıqlamada fanklubun həmin oyunda passivlik nümayiş etdirməsinin səbəblərindən danışdı: 

"Ümumiyyətlə bizim fanklubda konkret olaraq azarkeş sayı yoxdur. Rəqəmlər hər oyunda dəyişilə bilər. Razıyam ki, "Kəpəz"lə oyunda sayımız az idi. Düzünü desəm, azarkeş sayı baxımından ev oyunlarında bizim bəzi problemlərimiz var. Çünki "Red Black Army"yə hər adam gəlib-getmir. Sırf tanıdığımız, bildiyimiz, "Qəbələ"ni istəyən adamları qoşuruq sıralarımıza. Səbəblərdən biri budur. Bundan başqa, üzvlərimizin çoxu tələbədir, Bakıdadır. Fikir versəniz, görərsiniz ki, paytaxda keçirilən oyunlarda sayımız daha çox olur. Bakıda işləyənlər və oxuyanlar da bizə qoşulur. Ümumi götürsək, üzvlərimizin 50-60 faizi paytaxtdadır. Son oyunda hava şəraiti də nisbətən sərt idi. Qəbələdə axşamlar hava şəraiti imkan verməyəndə 18-20 yaşlı üzvlərimiz oyunlara gəlmir. Onları da başa düşmək olar. Yağışlı havada uzaq kəndlərə gedib-gəlmək də ağır olur. Nəqliyyat vasitəsi tapmaq olmur. Yəni səbəblər budur". 

O, "Qəbələ"nin cari mövsüm çıxışına münasibətini də bildirib: 

"Deyəcəklərim mənim şəxsi fikrimdir. Düşünürəm ki, biz "qara zolağ"a düşmüşük. Baxırsan ki, qol imkanları yaradırıq, amma bunu reallaşdırmağa çətinlik çəkirik. Ehtiyat oyunçular skamyasına nəzər yetirsən görərik ki, əsas heyət oyunçularını əvəzləyə biləcək elə də çox futbolçumuz yoxdur. İnanırıq ki, biz bu "qara zolaq"dan çıxacağıq". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X