17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız 2-ci turda Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, U-17 millimiz ilk turda Ukraynaya 2:5 hesabı ilə uduzub.
27 oktyabr
Bosniya və Herseqovina U-17 - Azərbaycan U-17 - 1:0
Qol: Dugiç, 16
Qırmızı vərəqə: Hüseyn Hüseynov , 87-iki sarı vərəqə (Azərbaycan)
Kakanj. Mladost stadionu.