14:23 02.11.2022 577

AFFA ictimaiyyəti niyə aldadır? - Zirədəki VAR müəmması  

12-ci turun "Zirə" - "Neftçi" oyununda VAR işləmədi. Qısaca dedilər ki, internetə çıxışda problem olub və bu üzdən hakimlər texnologiyanın köməyindən məhrum qalıblar. Kimdir müqəssir: VAR sisteminin tətbiqinə cavabdeh olan qurum (AFFA və PFL), stadionu internetlə təmin edən provayder, yoxsa Zirə Olimpiya Kompleksinin rəhbərliyi? 

Məsələ burasındadır ki, bu, ilk belə hal deyil. 7-ci turun “Kəpəz” - “Şamaxı” matçında da sistem işləməmiş, əlaqədar şəxslər bunu mobil VAR nəqliyyat vasitəsində EVS Proqram Təminatının sıradan çıxması ilə əlaqələndirmişdilər.  

Bu yöndə araşdırma aparan Fanat.Az əvvəlcə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdən Zirədəki problemin mahiyyətini soruşub: "Sözsüz ki, "Zirə Olimpiya Kompleksi, VAR sistemini işlədən operator və fiberoptik kanalı təqdim edən şirkət arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərində qeyd olunmalıdır ki, xidmət nə vaxt, hansı fors-major hallarda verilməyə bilər? Oyunun baş tutduğu saatlarda elə durum olmayıbsa, fiberoptik kanalı təqdim edən şirkət məsuliyyət daşımalıdır. Belə hallar baş verə bilir. Mümkündür ki, kimsə stadionun yaxınlığında ekskvatorla yolu qazıb və yeraltı infrastruktura ziyan vurub. Belə nümunələrə şahid olmuşuq. İlk növbədə səbəbi öyrənmək lazımdır ki, VAR niyə işləməyib. Bəlkə xəttə heç nə olmayıb. Belədə kanal məlumat verəcək ki, interneti filan şirkətdən alırdıq və qeyd olunan trafikdə problem onlardan qaynaqlanır. Yəni bunlar bir-birinə zəncirvari bağlıdır".



Osman bəyin verdiyi ipucu ilə AFFA-nın VAR-ın koordinatorunu - Fəridə Abdullayevanı aradıq. O, sualımızı belə cavablandırdı: "İlk növbədə onu deyim ki, bütün dünyada VAR-da texniki problemlə qarşılaşılır və bu normaldır. Çünki sistem yenidir və ilk dəfə tətbiq olunan ölkələrdə xüsusilə bu tip çətinliklərə rast gəlinir. Bu, provayderlə bağlı da ola bilər, VAR-ın özündə, sistemin quraşdırıldığı avtobusda və sair. "Zirə" - "Neftçi" qarşılaşmasındakı problem isə provayderlə əlaqəli idi. Məlum olduğu kimi, Bakı daxilində interneti "Baktelekom", Abşeron ərazisində, həmçinin "Sumqayıtda isə "Aztelekom" həyata keçirir. "Günah" deməzdim, ancaq fakt budur ki, fiberoptik xətdə problem yarandı. Məlumat üçün deyim ki, iki optik xətt olur: biri VAR mərkəzindən stadiona, digəri stadiondan VAR mərkəzinə gəlir. O xətlərin birində kəsinti var idi. Konkret, stadiondan var mərkəzinə gələn xətdə səs kəsilirdi. Nəticədə sistem işləmədi. 

Əslində, hər oyundan 4 saat əvvəl VAR sistemi iki dəfə test olunur. Bundan sonra matça 2 saat qalmış yenidən yoxlanılır və hakimlərə, komandalara məlumat çatdırılır. Artıq 4 saat əvvəldən bilirdik ki, optik xətdə problem var. Amma deyilmişdi ki, nasazlığı aradan qaldırmağa çalışırlar. Təəssüflər olsun ki, problem həll olunmadı. Gün ərzində, eləcə də ertəsi gün görülən işlərdən sonra nasazlıq yoluna qoyulub. Yəni bazar ertəsi bizə bu haqda məlumat verildi. Ancaq həftəiçi optik xətt yoxlanılacaq. "Zirə"nin növbəti ev oyunundan 4 saat əvvəl sistem daha iki dəfə test ediləcək. Ümid edirik ki, növbəti oyunda daha bu problemlə qarşılaşmayacağıq".

Göründüyü kimi, VAR-ı tətbiq edən qurum provayderi, yəni "Baktelekom"u günahlandırır. Hərçənd, həmin gün Zirədə qlobal, yəni gün ərzində internetin yoxa çıxmasına səbəb olan ciddi qəza baş versəydi, bundan xəbər tutardıq.  

Sözsüz ki, "Baktelekom"a da sorğu ünvanlandırdıq. "Xoruzun quyruğu" da məhz bundan sonra göründü. Şirkətdən problemlə bağlı sualımıza təəccüblənib araşdırma aparmaq üçün bizdən internet xidmətinin bağlı olduğu "800"-lə başlayan kodu istədilər. Belədə, yenidən Fəridə xanıma üz tutduq. VAR koordinatoru əvvəlcə kodu öyrənib deyəcəyini, bunun üçün ona bir qədər zaman verməyimizi istədi. Ancaq bir neçə dəqiqə sonra tamam başqa tonda cavab eşitdik: "Siz məndən açıqlama istədiniz, mən də ətraflı izah etdim. Bundan sonra təşəbbüs göstərib provayderə sorğu göndərmisiniz...Mən sizə başqa heç cür kömək göstərməyəcəyəm. Bu mənim işim deyil. Tamam?"

"Tamam" olmadı, hörmətli Fəridə xanım, hörmətli AFFA başbilənləri. Günahın sizdən qaynaqlanmadığını iddia edirsinizsə, bunu sübuta yetirmək yaxşı olardı. "Kəpəz" - "Şamaxı" matçındakı problemi sırf özünüzlə - VAR-ın nəqliyat maşını ilə izah edib günahınızı boynunuza aldığınız halda, "Zirə" - "Neftçi" oyunu ilə bağlı bunu deməyə nə mane olur? Hansı qaranlıq məqamlar var? Bunlara aydınlıq gətirin, biz də bilək...

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

Facebookdan bizi izləməyi unutmayın.
X