Bu gün Misli Premyer Liqasında III turdan təxirə salınan oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Qarabağ” səfərdə “Turan Tovuz”un qonağı olub.
Tovuz şəhər stadionunda baş tutan matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, çempionatda XIV turun oyunları 11-13 noyabr aralığında keçiriləcək.
Misli Premyer Liqası
III turdan təxirə salınan oyun
9 noyabr
“Turan Tovuz” – “Qarabağ” 0:2
Qollar: Vüsal Məsimov, 20-öz qapısına, Kvabena Ovusu, 37.
“Turan Tovuz”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 98. Elxan Qasımov, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
Tovuz şəhər stadionu, 14:30