14:59 09.11.2022 465

"Qəbələ"ylə kubok oyununa köklənmişik" - Azər Bağırov 

I Divizionda çempionata uğurlu başlayaraq ardıcıl 7 qələbə qazanan "Araz-Naxçıvan" son turlarda əks qrafik cızır. Muxtar respublika təmsilçisi 8-ci turda "Qəbələ-2"-ylə, 10-cu turda (9-cu turda məcburi istirahət edib) MOİK-lə heç-heçə edib (uyğun olaraq 1:1 və 3:3), 11-ci turda isə "Mingəçevir"ə 0:1 hesabı ilə uduzub. 

Komandanın son turlardakı uğursuzluğu ilə bağlı Fanat.Az-a danışan baş məşqçi Azər Bağırov bir neçə amili qabardıb: 

"Mingəçevir"lə son oyunumuzda izləyicilər də gördü ki, qol epizodlarımız bol oldu. Rəqib isə qapımıza bircə zərbə endirdi, o da qolla nəticələndi. Sadəcə, bunu bəxtsizliklə əlaqələndirərdim. Meydan amilini də qeyd edərdim. Mingəçevirdəki meydança bərbad vəziyyətdədir. Nə qədər oyun qurmaq istəsən də, ot örtüyünün vəziyyəti buna imkan vermir. Bu fakt bizə qol vurmağa problem yaradırdı. Qədərimizdə uduzmaq var idi.  

Düzdür, artıq üç oyundur qalib gələ bilmirik. MOİK-lə oyunda 3:1 hesabı ilə öndə olmağımız futbolçularımızda arxayınlıq yaratdı. Nəticədə son dəqiqələrdə qapımızda iki qol gördük. "Qəbələ" ilə oyunda da həmçinin. Öndə olduğumuz halda oyunu qalib başa vura bilmədik. Bir az diqqətsizlik də oldu. İnşallah ki, qarşıdakı oyunlarda bu səhvlərimizi aradan qaldırarıq.

Qol epizodlarımız çox olur. PFL-in saytındakı videoya baxsanız, bunun şahidi olarsınız. Futbolda belə şeylər olur. Ümid edirik ki, bu, sonuncu belə hal olar. 

Son oyunlardakı uğursuzluğun səbəblərindən danışırıqsa, funksional hazırlıqla bağlı irad yersizdir. Futbolçulara yüklənmə yoxdur. Zədəli futbolçularımız da yoxdur ki, deyim yükləniblər. Üstəlik, komanda 90 dəqiqə dayanmadan mübarizə aparır. Yəni yüklənmədən söhbət gedə bilməz. 

Məni qol epizodlarından maksimum yararlana bilməməyimiz narahat edir. Epizod yaradırıq, çoxsaylı şanslar olur, amma vura bilmirik. Bunun üzərində çalışırıq. Yəqin ki, öhdəsindən gələcəyik. 

Komandanı irəlidə baş tutacaq ölkə kuboku matçına kökləməyə çalışırıq. "Qəbələ"yə qarşı səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə əldə edək".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

Facebookdan bizi izləməyi unutmayın.
X