10:18 14.11.2022 515

Masazırda sevinən olmadı, “Şamaxı” “Səbail”ə çatdı - Tura baxış

Misli Premyer Liqasının 14-cü turu liderlərin qarşılaşması ilə yadda qaldı.

Masazırdakı qarşılaşmaya azarkeş marağı böyük olsa da, tərəflər arenaya toplaşanları qolla sevindirə bilmədilər. Əvəzində “Şamaxı” “Sumqayıt”ın qapısına 4 dəfə yol tapdı. Əyalət təmsilçisinin ikinci dövrədə artırdığı göz önündədi.

“Şamaxı” – “Sumqayıt” 4:2

Qollar: Rövşən Şahmuradov, 8, Nihad Quliyev, 33, Kamran Quliyev, 62, 66 - Vüsal İsgəndərli, 14, Rüfət Abdullazadə, 69.

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 21. Qurban Səfərov 
Baş məşqçi: Vüqar Əsgərli

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 43. Riçard Qadze, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç
Baş məşqçi: Samir Abasov

“Sumqayıt” ötən tur “Neftçi”ni büdrətməklə azarkeşlərini ümidləndirmişdi. Mütəxəssislər arasında “Sumqayıt”ın “Şamaxı”yla oyunda qələbə qazanacağını düşünənlər var idi. Amma bu gözləntilər özünü doğrultmadı. Tovuz səfərindən 3 xalla dönən “Şamaxı” uğurlu çıxışını davam etdirdi. Özü də bu dəfə “Şamaxı”nın gəncləri bir qol da artıq vurdular. Vurulan qolların hamısının altında yerli gənclərin imzasının olması da sevindirici məqamdır. Gənc Kamran Quliyev “dubl”a imza atmaqla komandasının qələbəsinə böyük töhvə verdi. Görünən odu ki, “aslanlar” turdan-tura daha da artırır, yaxşı nəticələ futbolçulara güvən verir. Bu yerdə xatırladaq ki, “Şamaxı” ikinci dövrədə cəmi bir oyunda uduzub. Onda da rəqib “Qarabağ” olub. 

“Sumqayıt” haqqında ətraflı nəsə deməyə də ehtiyac yoxdur. Görünən odu ki, qışda köklü dəyişikliklər olmasa, “gənclik şəhəri”nin təmsilçisi autsayder imicindən heç cür qurtula bilməyəcək. Qələbəyə həsrət qalan Samir Abasov və onun komandası 5 xalla turnir cədvəlinin sonuncusudur. Xalını 10-a çatdıran “Şamaxı” bu göstəriciyə görə 7-ci pillədəki “Səbail”ə çatdı. Sadəcə, Bayıl təmsilçisinin top fərqi daha yaxşıdır. Buna görə də “Şamaxı” səkkizinci sırada yer alır.

“Zirə” – “Səbail” 1:0

Qol: Rəhim Sadıxov, 73.

"Zirə": 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

"Səbail": 1. Emil Balayev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa
Baş məşqçi: Mahmud Qurbanov

“Səbail” bu tur da qələbəyə həsrət qaldı. Mahmud Qurbanovun çalışdırdığı komanda bu dəfə Zirədən xalsız döndü. Görüşdəki yeganə qolun müəllifi 73-cü dəqiqədə Rəhim Sadıxov oldu. Maraqlıdı ki, bu qol bir qədər kuryoz alındı. Amma ümumilikdə qol oyunun məntiqi axarına uyğun idi. “Neftçi”yə böyük hesabla uduzan, Qəbələdə son saniyələrdə qol buraxan “Zirə” nəhayət ki, “qara zolaq”dan çıxmağı bacardı. “Qəbələ”nin də bu tur “Neftçi”yə məğlub olması “Zirə”nin işinə yaradı. Qəsəbə təmsilçisi qələbə sayəsində xalını 22-ə çatdırıb, 4-cü pilləyə yüksəlməyi bacardılar. Az öncə qeyd etdiyimiz kimi, cəmi 10 xalı olan “Səbail” yalnız topların daha yaxşı fərqinə görə “Şamaxı”nı qabaqlayır və 7-ci sırada yer alıb.

“Neftçi” – “Qəbələ” 2:0

Qollar: Kenni Sayef, 24, Rəhman Hacıyev, 76.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 4. Solomon Kvirkveliya, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 23. Rafael Utziq, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Bu tur “Neftçi” üçün də uğurlu alındı. “Ağ-qaralar” doğma meydanda “Qəbələ”ni qəbul etdi və Sayeflə Rəhmanın qolları sayəsində 2:0 hesablı qələbəyə sevindi. Oyunun ümumi axarını nəzərə alsaq, görüşün “Neftçi” üçün çətin keçmədiyini, meydan sahiblərinin layiqli qələbə qazandıqlarını da qeyd etməliyik. “Qırmızı-qaralar” rəqibinə çətinlik yaratmağı, intiriqanı uzun müddət qorumağı bacarmadı. Xatırladaq ki, “Qəbələ” “Neftçi”yə ilk dövrədə də məğlub olmuşdu. Xalsız qalan “Qəbələ” 4-cü pilləni də “Zirə”yə təhvil verdi. 29 xallı “Neftçi” isə “Sabah”la “Qarabağ”ı təqib etməkdədir. Görünən odur ki, digər komandalar bu “üçlüyün” mübarizəsinə müdaxilə edə bilməyəcək. Çünki “Neftçi” “Zirə”dən 7 xal aralanmağı bacarıb. 

“Kəpəz” – “Turan Tovuz 0:0 

"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev. 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev. 15. Vüsal Məsimov, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Ətrafında böyük ajiotaj yaradılan “qərb derbisi” qolsuz başa çatdır. Görünən o idi ki, tərəflər daha çox uduzmamağa oynayır. Bu mənada sonda hər iki tərəfin öz istəyinə çatdığını dümək mümkündür. Çətin ki, qazanılan bir xal gəncəli azarkeşlərin ürəyincə olsun. “Kəpəz” qələbə qazanacağı halda “Səbail”lə “Şamaxı”nı üstələyib, 7-ci pilləyə qədər yüksələcəkdi. Amma Tərlan Əhmədov və onun yetirmələri bunu bacarmadılar. Elə heç-heçə “Turan Tovuz” üçün də zəif təsəllidir. Çünki qələbə onları “Qəbələ”yə yaxınlaşdıracaqdı, arada iki xallıq fərq qalacaqdı. İndi isə bu fərq 4-ə bərabərdir. 9 xallı “Kəpəz” elə 9-cu pillədə qərarlaşıb. “Turan Tovuz” isə 16 xalla 6-cıdır.

“Sabah” – “Qarabağ” 0:0 

"Sabah": 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 1. Aleksandr Neçayev, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.

Günün son qarşılaşmasında turnir cədvəlinin liderləri qarşılaşırdı. Hiss etmək çətin deyil ki, rəqiblər bir-birindən çəkinirlər. Bu baxımdan görüşün “sülhlə” bitməsi tərəflərin hər ikisinin ürəyincə olmalıdır. Düzdür, “Sabah” “Qarabağ”a nisbətən daha istəkli görünür, tez-tez hücum qurmağa çalışırdı. Amma Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıya yol tapmaq mümkün olmadı. “Qarabağ”ın qol fürsətləri də çox olmadı. Bir epizodda Kadi inamsız oynadı, digər halda isə Ovusu fürsəti boşa verdi. “Bank Respublika Arena”nı dolduran azarkeşlər evlərinə qol görmədən yollandılar.

“Sabah”ın qələbə qazanması turnir cədvəlinə intiriqa gətirəcək, çempionluq mübarizəsini qızışdıracaqdı. Amma Masazırda tərəflər hərəyə bir xalla kifayətləndilər. Belədə “Qarabağ” beş xallıq fərqi qoruya bildilər. “Qarabağ” 40 xalla turnir cədvəlinin vahid lideridir. “Sabah” isə 35 xalla 2-ci sırada möhkəmlənib.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X