Zaqreb "Dinamo"sunun azərbaycanlı hücumçusu Mahir Emreli ötən gün "Riyeka" ilə oyunda (7:2) dubl edərək turun rəmzi komandasına düşüb.
Fanat.Az xəbər verir ki, o, "SofaScore" tətbiqi tərəfindən 17-ci turun rəmzi "11-liy"inə seçilib.
25 yaşlı futbolçunun 4 komanda yoldaşı da simvolik heyətdə yer alıb.