Belçika Futbol Federasiyası "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olacaq "Gent"in futbolçusunu cəzalandırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "camışlar"ın liderlərindən olan Sven Kumsu 2 oyunluq kənarlaşdırıb.
Yarımmüdafiəçisi Jüpiler liqasında “Kortreyk”lə 17-ci turun matçında (4:0) qırmızı vərəqə aldığı üçün sanksiyaya məruz qalıb. O, biri təxirə salınmış görüş olmaqla, iki oyunda iştirak etməməklə yanaşı, 1500 avro cərimələnib.
Xatırladaq ki, "Qarabağ"la "Gent"in ilk oyunu fevralın 16-da Bakıda keçiriləcək. Cavab görüşü isə həmin ayın 23-də Belçikada baş tutacaq.
Mirağa