“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya və Azərbaycan yığmaları arasında görüşü izləmək arzusunda olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis bu barədə “RB Sport”a danışıb:
“Vəziyyət çox çətindir. Rusiya millisi rəsmi oyunlar keçirə bilmir, turnirlərdə oynamır. Yoldaşlıq oyunları keçirmək imkanı var və komandamızın bundan istifadə etməsi düzgün addımdır. Yeni futbolçular sınanır. Vəziyyət nə olursa olsun, ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq.
Rusiya və Azərbaycan oyunu? Çox istərdim ki, belə bir qarşılaşma baş tutsun. Maraqlı oyun olardı. Amma təəssüf ki, mənim federasiya ilə heç bir əlaqəm yoxdur, ona görə də Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadion var, belə bir qarşılaşma marağın artmasına səbəb olardı”.
Mirağa