14:31 21.11.2022 1796

Milli "artırıb", yoxsa De Byazi? - Bircə "yanan" mövqe var

Daha öncə səfərdə Moldova seçməsini yenən (2:1) milli 4 gün sonra Skopyedə Şimali Makedoniyaya da 3:1 hesablı məğlubiyyət acısı yaşatdı. Təmsilçimizin ardıcıl 5 qələbə qazanması indiyədək bacarmadığı nəticədirsə, heç vaxt üstələyə bilmədiyi rəqibi qonaq qismində udması daha bir ilkdir. Görünən budur ki, yazda Canni De Byazinin komandasının AÇ-2024-ün seçmə mərhələsində inamlı görünməsini arzulayanlar bu nəticələrin ardından bir qədər ümidlənib.

Əlbəttə, seçmə mərhələdəki rəqiblərin səviyyəsi daha üstün, matçların statusu fərqli olacaq. Belçika, Avstriya, İsveç və Estoniya milliləri ilə qarşılaşacaq komandamız yer aldığı F qrupunda yalnız estonlardan üstün sayılır ki, bu da ümumi planda acı reallıqdan başqa bir şey deyil. Nəzərə alaq ki, son iki yoldaşlıq görüşünə səfərdə çıxan Azərbaycan yığması martın 24-də Avstriya, 27-də isə İsveçin qonağı olacaq. Bəs görəsən, italiyalı mütəxəssisin çalışdırdığı kollektivdə nə dəyişib? Bu dəyişikliklər böyük xəyallar qurmağa imkan verirmi?

Milli "artırıb", yoxsa De Byazi?

Bəlli, De Byazinin ölkə futboluna uyğunlaşması nəzərdə tutulandan çox vaxt aparıb. Komandanın "onurğa"sını formalaşdırmağa çətinlik çəkən italiyalı 4-5-1 düzülüşünün ən düzgün variant olduğuna inanana, futbolçuları tək-tək tanıyana qədər futbolsevərlər sıralanan məğlubiyyətlərə tamaşa etmək məcburiyyətində qaldı. Hiss olunur ki, artıq əcnəbi çalışdırıcı özü işinə yanaşma baxımından xeyli "artırıb" və bu, millinin yalnız nəticələrində deyil, həm də ortaya qoyduğu oyunda da əksini tapır. 

Yaxşı heyət, geniş seçim imkanı

De Byazinin sərəncamında kifayət sayda futbolçu var və indiki heyəti müstəqillik dönəminin ən yaxşısı sayanlar üstünlük təşkil edir. Yalnız hücum xəttini götürsək, Zaqreb "Dinamo"sundan Mahir Emreli, İsveçrə "Qrashopper"indən Renat Dadaşov, "Qarabağ"dan Ramil Şeydayev və Musa Qurbanlı (millidəki 5-ci oyununda qol hesabını açan Qurbanlının "ön cəbhə"yə aqressivlik, təzyiq gətirməsi ayrıca vurğulanmalıdır) var ki, onlardan da hər biri "nizənin sivri ucu"nda nələrsə edə biləcək, "9 nömrə" özəllikləri olan futbolçulardır.  Düzdür, italiyalı Emreli və Şeydayevdən vinger mövqeyində faydalanmağı üstün sayır və bu, yetərincə effektli alınır. Ancaq istər Mahir, istərsə də Ramil ön xətdə başqa tapşırıqları da yerinə yetirməyə hazır adlardır. Cari mövsüm Misli Premyer Liqasında əla mübarizə ilə diqqət çəkən "Sabah"ın iki futbolçusunun - Anatoli Nuriyev və Namik Ələsgərovu da unutmayaq. 

Meydanın mərkəzindəki Riçard Almeyda - Aleksey İsayev - Emin Mahmudov "üçlüy"ü adından söz etdirirsə, yazda "Neftçi"nin zədəlisi Eddi İsrafilovun da yığmanın gücünə güc qatacağını güman etmək mümkündür. Hə, bu 3 oyunçunun əvəzləyiciləri hələ çox şey öyrənməlidir. Ancaq azı qarşıdakı tsikldə "qoca" Almeyda, yaşı 30-u ötmüş kapitan və Skopyedə yersiz penaltiyə səbəb olan İsayevdən çox şey ummaq olar. 

Yığmanın qapıçı probleminin olmadığı faktdır. Böyük Avropa təcrübəsinə malik Şahruddin Məhəmmədəliyevin yerini itirəcəyi inandırıcı deyil. Razılaşaq ki, "Səbail"in qolkiperi Emil Balayevlə "Qəbələ"nin "çərçivə" qoruyucusu Səlahət Ağayev yalnız Məhəmmədəliyev zədələnəcəyi və ya cəzalı duruma düşəcəyi təqdirdə, start "11-lik"də yer ala bilər.  

Bircə "yanan" mövqe var

Dördlü müdafiənin sol cinahı Makedoniya ilə matçın ən yaxşılarından olan və yığmada ilk qolunu vuran Emin Cəfərquliyevin ixtiyarındadırsa, "Sabah"ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadənin yığmadakı son iki oyunu kifayət qədər ümidvericidir. Bəxtiyar istər Anton Krivotsyukla , istərsə də Bəhlul Mustafazadə ilə çiyin-çiyinə mübarizə apardığı qarşılaşmalarda tez-tez zədə alan Bədavi Hüseynovu əvəzləyə bildiyini isbatlayıb. "Arxa cəbhə"nin sağ "qanad"ını isə "yanan" mövqe adlandırmalıyıq. Əslində mərkəz müdafiəçisi olan Höccət Haqverdinin hücuma yaxşı dəstək verməyi bacarmaması, birəbir mübarizələrdə etibarlı görünməməsi başadüşüləndir. Son qarşılaşmada kobud oyuna görə meydandan qovulan "Traktor"un futbolçusu Maksim Medvedevin yoxluğunu unutdurmaq işinin öhdəsindən gəlmir. Bəlkə də De Byazi "Sabah"ın daha bir oyunçusunun - kifayət qədər istedadlı və işlək oyunçu olan Amin Seydiyevin müdafiənin sağında möhkəmlənməsinin konturlarını cızmalıdır.  

Nəyə gücümüz çatar?

AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmaq perspektivlərini müzakirə etmək eyforiyaya qapılmaq sayılar. Şübhəsiz, futbolda mümkünsüz heç nə yoxdur. Ancaq real yanaşsaq, F qrupunda Avstriya və İsveçi qabaqlayıb pley-offa çıxmaq təmsilçimiz üçün çətin yox, çox çətin hədəfdir. Gerçəkliklə uzlaşan arzular təmsilçimizin 10 xallıq seçmə mərhələ rekordunu yeniləməsi, rəqiblərinə çətinliklər yaratması, bir sözlə yavaş-yavaş qapazaltı təyinindən qurtulub "bərk qoz" imici formalaşdırmasıdır. Bu komandanın, bu heyətin belə böyüməyə gücü çatar. Ardıcılı qələbələrdən qaynaqlanan ruh yüksəkliyi, özünəinam fonunda artıq meydanda komandaya bənzəyən yığmamızın mümkün olanın ən yaxşısını etdiyini görmək arzusu ilə... 

Nihat Ağasoy
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X