16:12 21.11.2022 3433

"Ürəyinizdə deyəcəksiz ki, bu bizə nə nağıl danışır?" - 1:8 uduzan məşqçi

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunlarında uğursuz nəticələrlə diqqət çəkib. Noyabrın 17-də Macarıstana 0:3 uduzan Samir Əliyevin baş məşqçi olduğu komanda dünən İsveçə daha böyük hesabla - 1:8 məğlub olub.

Samir Əliyev Fanat.Az-a açıqlamasında toplanışı və uğursuz nəticələri belə şərh edib: "Əvvəlcə onu deyim ki, hələ də keçirdiyimiz oyunların, xüsusilə İsveçlə oyunda qeydə alınan hesabın təsiri altındayam. Məsuliyyəti üzərimə götürürəm, bu, mənim günahımdır. Yoldaşlıq görüşləri üçün rəqib seçərkən Albaniya, Malta, Kipr və Şimali Makedoniya variantları var idi. Ancaq mən rəhbərlikdən xahiş etdim ki, daha güclü rəqiblər seçək. Çünki Avropa çempionatında iştirak edəcək İsveç kimi ölkələrin U-21 yığmaları I və II səbətlərdə yer alır. Bir tərəfdən düşünürəm ki, tələsmişəm. Amma digər yandan özümə təsəlli verirəm, elə yaxşı oldu ki, indi bu "dərs"i aldıq. Mənə o da dərs oldu ki, belə səviyyədə rəqibə qarşı açıq oynamaq intihar kimi bir şeydir.

Bu dəqiqə nəticəni şərtləndirən səbəbləri sadalayarkən ürəyinizdə deyəcəksiz ki, bu, bizə nə nağıl danışır? Amma bəzi reallıqları deyəcəyəm. Antalyaya başda kapitan Fərid Yusifov, həmçinin əsas milliyə dəvət olunan Cəlal Hüseynov olmaqla, bir neçə aparıcı futbolçumuzu aparmamışdıq. Macarıstana məğlubiyyətdən sonra isə bir neçə nəfəri mən ehtiyatda saxlayıb digərlərinə şans verdim. Çünki ölkə xaricinə futbolçu aparmışamsa, yoxlamalıyam. Turist kimi aparmamışdım ki. Tərslikdən iki futbolçumuz da orda xəstələndi. 
Bütün bunlara baxmayaraq, belə nəticəni ağlımın ucundan da keçirmirdim. 70-ci dəqiqəyə kimi 1:2 uduzurduq. Bir saat keçdikdən sonra ardıcıl bir neçə əvəzetmə etdim. Hücuma, yarımmüdafiənin cinahlarına və mərkəzinə yeni nəfəs gətirmək istədim. Amma bu, ziyanımıza işlədi: oyun intizamı itdi, xətlərarası əlaqə pozuldu. Belədə qapımıza qollar sıralandı. Nəticədə 20 dəqiqə ərzində 6 qol buraxdıq. Bəlkə kimsə yoldaşlıq görüşü olduğunu deyib nəticəyə önəm verməyəcək. ancaq mən 1:8-i məşqçi karyerama ləkə sayıram. 
Açıq futbol sərgiləmək istəyirdik. Mən risk etdim. Elə oyunçular var idi ki, ilk dəfə U-21-in heyətində meydana çıxırdı. Birinci dəfə dəvət alanlar da var idi. Bu matçlar onu göstərdi ki, sırf İsveç kimi dünya səviyyəli kollektivlə açıq futbol oynamaq olmaz. Eyni heyət olmasa da, onların U-21 yığması 2-3 il əvvəl olsa da, Avropa çempionluğunu yaşayıblar".

43 yaşlı mütəxəssis U-21-dəki futbolçuların əksəriyyətinin I Divizionda meydana çıxdığını sözlərinə əlavə edib: "Təsəvvür edin, bizdə elə futbolçu var ki, I Divizionda ehtiyatda qalır. Rəqibin heyətində isə Niderlandın "AZ Alkmaar" komandasında mütəmadi meydana çıxan futbolçu əvəzetmədən oyuna qoşuldu. Avstriya və İsveç Premyer Liqasında mübarizə aparan futbolçulara sahibdirlər. Səviyyə fərqi bilinirdi. 
Bizdə Premyer Liqada daim oynayan qapıçımız Yusif İmanov Macarıstanla matçda iştirak etdi. İsveçlə qarşılaşmada "Sabah"ın üçüncü qapıçısı Ruslan Samiqullinə şans verdim. Yeri gəlmişkən, Yusif "Sabah"da əsas heyət üzvü olsa da, onun da problemləri var. Bəziləri onu əsas milliyə təklif edir. Halbuki Yusif əvvəlcə U-21-də bişməlidir. Onun beynəlxalq oyun təcrübəsi yoxdur".

Samir Əliyev millinin gələcək planlarını da açıqlayıb: "Yanvarda yenidən Antalyaya getməyi planlaşdırırq. İlk növbədə klublarla danışacağıq. Çünki rəsmi "pəncərə" deyil. Şərait yaratsalar, qışda daha iki yoldaşlıq görüşü keçirmək istərdik. Çünki həm son məğlubiyyətdən korlanan ab-havanı düzəltmək istəyirəm, həm də heyətə yenidən əl gəzdirməyi planlaşdırıram".   

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X