13:59 22.11.2022 2460

\"Kəpəz\"də gərginlik: Əhmədov Xaliq Mərdanovla dalaşıb? - AÇIQLAMA 

Sabah "Sumqayıt"la kubok oyununda üz-üzə gələcək "Kəpəz"də ab-hava ürəkaçan deyil.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bugünlərdə klubun düşərgəsində gərginlik yaşanıb.

Deyilənə görə, baş məşqçi Tərlan Əhmədovla əvəzedici komandanın çalışdırıcısı Xaliq Mərdanovun sözü çəpləşib və mübahisə əlbəyaxa davaya qədər böyüyüb. Əhmədovun "Kəpəz"də bəzi sərt qaydalar tətbiq etməsi komanda üzvlərində olduğu kimi Mərdanovun da xoşuna gəlməyib. Təcrübəli hücumçu Rauf Əliyevi və yerli futbolçu Əli Səmədovu heyətdən uzaqlaşdıran Əhmədov onun "üsyan"ı ilə qarşılaşıb. Mərdanov baş məşqçiyə: "Onsuz da 3-4 aya səni burdan yola salacaqlar, elə etmə ki, hadisələri qabaqlayım", - deyib. Bundan sonra Tərlan Əhmədov bir qədər sakitləşib və bəzi qərarlarını geri götürüb.

Məsələ ilə bağlı Tərlan Əhmədovun mövqeyini öyrəndik. Təcrübəli mütəxəssis xəbəri təsdiqləmədi: "Komandada hər şey qaydasındadır. Əhval-ruhiyyə yaxşıdır. Məşqlər edirik, kubok oyununa hazırlaşırıq. Hamımızın məqsədi komandanı daha yaxşı yerlərə daşımaqdır. Rəhbərlik yanımızdadır və bizə dəstək verir. Bizə - məşqçilərə, futbolçulara inanırlar. Bu dəstəyə öz işimizlə qarşılıq verməyə çalışırıq. Rəhbərlikdən tutmuş məşqçilərə, klubun sıravi işçilərinə qədər hamını bir amal qayğılandırır - komandanın uğuru. Təəssüf ki, hər vacib oyundan əvvəl belə söz-söhbətlər ortaya çıxır. Bu, bizim işimizə təsir etmir. Çünki biz heç nəyə baxmadan "Kəpəz"i uğura daşımağa çalışırıq. Bu tip söz-söhbətlərə fikir vermirik. Buna vaxtımız da yoxdur. Çünki dediyim kimi, qarşıda vacib oyunlarımız var".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X