“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın U-21 millisinin heyətində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, gənc futbolçu Gürcüstanın U-21 yığması ilə matçda iştirak edib.
Qoridə, Tengiz Burcanadze adına stadionda keçirilən matçda start heyətində meydana çıxan Kaşuk fərqlənib. O, 1:1 hesablı bərabərliklə nəticələnən qarşılaşmada komandasının yeganə qoluna imza atıb.