"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Mingəçevir”ə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, səfərdə 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:"Çox vacib qələbə idi. Nəzərə alsaq ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir, bu, üzərimizdəki təzyiqi artırırdı. Şəraiti nəzərə alsaq, futbolçularım intizamlı və peşəkar çıxış etdilər. Vacib qələbə qazandıqları üçün onlara təşəkkür edirəm".
Qeyd edək ki, "Zirə" 1/4 finalda "Neftçi"yə rəqib olub.