Bugünlərdə "Kəpəz"in düşərgəsində - baş məşqçi Tərlan Əhmədovla əvəzedici komandanın çalışdırıcısı Xaliq Mərdanov arasında yaşanan gərginliyin tam təfərrüatı bəlli olub.
Fanat.Az-a daxil olan məlumata görə, münaqişənin alovlanmasına səbəb Tərlan Əhmədovun paltardəyişə otağının açarlarını özüylə aparması olub.
Əvəzedici komandanın futbolçuları və məşqçi heyəti paltardəyişmə otağına daxil olmaq istəyərkən şoka düşüblər. Məlum olub ki, Əhmədov inzibatçılara açarları verməyi lazım bilməyib, onları özüylə aparıb.
Çoxsaylı zənglərə baxmayaraq, o, açarları gətirməkdən imtina edib. Yalnız rəhbərliyin işə qarışmasından sonra Tərlan Əhmədov açarları təhvil verib. Bundan əsəbləşən Xaliq Mərdanov onunla mübahisə edib.
Mirağa