Peşəkar Futbol Liqasının rəsmi saytı fəaliyyətini dayandırıb və hazırda işləmir.
Qurumun media və marketinq direktoru Sənan Abdullayev Fanat.Az-a açıqlamasında problemin texniki səbəbdən qaynaqlandığını açıqlayıb: "Hazırda saytda təmir gedir. Hələlik bunun nə qədər çəkəcəyini deyə bilmərəm. Gün ərzində işə düşəcəyini düşünmürəm".
Qeyd edək ki, son günlər pfl.az-da bəzi dəyişikliklər edilib, qurumun yeni loqosu sayta yerləşdirilib.