Misli Premyer Liqasının XV turunda "Sabah" səfərdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Murad Musayev qələbəni şərh edib:
“Çətin qələbə qazandıq. Xarakter nümayiş etdirdik. Regionda oynamaq həmişə çətindir. Xüsuilə də, meydança süni örtükdürsə, işiniz daha da çətinləşir. Çünki futbolçular tez yorulur. Oyunda diqtə edən tərəf biz idik.
Bura qədər gəlib bizə dəstək olan “Sabah” azarkeşlərinə təşəkkür edirəm. “Turan Tovuz” azarkeşlərinə də həmçinin. Onlar bizi çox yaxşı qarşıladı. Tovuzlu azarkeşlər futbolu yaxşı bilirlər. Ötən tur “Qarabağ”ı xoş qarşılamışdılar, bu dəfə isə bizi. “Turan Tovuz”a daha çox qələbələr, azarkeşlərinə daha çox sevinc arzu edirəm”.