Misli Premyer Liqasının 15-ci turu daha çox heç-heçələrlə yadda qaldı.
Maraqlıdır ki, bu tur keçirilən 5 oyundan üçündə qalib müəyyənləşmədi. Xüsusiylə də “Qarabağ”ın “Zirə”ylə oyunda qələbə qazana bilməməsi “Sabah”ın üzünü güldürdü. Artıq liderlə onun təqibçisinin arasında cəmi üç xallıq fərq var.
“Neftçi” – “Səbail” 3:1
Qollar: Emin Mahmudov, 27, 51-pen, 77-pen. - Rafael Məhərrəmli, 63
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 16. Gilyerme Pato
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampfp
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
Bu turun qələbəyə sevinən iki komandasından biri “Neftçi” oldu. “Ağ-qaralar” açılış oyununda “Səbail”i 3:1 hesabıyla məğlub etdilər. “Bakcell Arena”da keçirilən oyunda “Neftçi”nin hər üç qolunu kapitan Emin Mahmudov Emil Balayevin qoruduğu qapıdan keçirdi. Bu yerdə onu da qeyd edək ki, “Neftçi”nin kapitanı karyerasının ilk het-trikinə imza atmış oldu. Qollardan ikisinin penaltidən vurulması belə ağ-qara rənglərə könül verən azarkeşlərin kefini korlaya bilmədi. Hər halda onların sevimli komandası doğma meydanda 3 xal qazanmağı bacardı.
“Səbail” isə çoxdandır ki, qələbəyə həsrət qalıb. Heyətində xeyli sayda legioner olan Bayıl təmsilçisi hələ də autsayder imicindən qurtula bilmir. Mahmud Qurbanovun komandası 15 tur ərzində cəmi iki dəfə qələbə qazanmağı bacarıb. Aktivində 10 xal olan “dənizçilər” rəqiblərinə 8-ci pillədən baxır. 32 xallı “Neftçi” isə bu qələbə sayəsində 4-cü pillədəki “Zirə”dən bir qədər də uzaqlaşmağı bacardı.
“Şamaxı” – “Kəpəz” 1:1
Qollar: B.Həziyev, 68 - M.Erqemlidze, 11.
"Şamaxı": 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.
"Kəpəz": 68. Orxan Sadıqlı (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Tural Axundov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Tərlan Əhmədov.
“Şamaxı” ikinci dövrəni gözləniləndən xeyli yaxşı keçirir. Ardıcıl iki oyunda qələbəyə sevinən şamaxılı gənclər bu dəfə də xalsız qalmadı. Onlar “Kəpəz”lə oyunda əzmkar heç-heçəyə nail oldular. Gəncə komandasının gürcü legioneri Erqemlidze artıq 11-ci dəqiqədə hesabı açmışdı. Fasiləyə məğlub yollanan “Şamaxı”nın bərabərlik qoluna 68-ci dəqiqədə Bahadur Həziyev imza atdı. Tərəflərin çoxsaylı səylərinə baxmayaraq bu qol oyunda sonuncu oldu. Görünər o idi ki, hər iki tərəf 1 xaldan razı qalıb.
“Şamaxı” bu 1 xal sayəsində ehtiyatını 11-ə çatdırdı və turnir cədvəlində “Səbail”i də üstələdi. Bütünlüklə yerli futbolçulardan qurulan komanda indi 7-ci pillədədir. 10 xallı “Kəpəz” isə 9-cu sırada qərarlaşıb.
"Qarabağ” – “Zirə” 0:0
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.
"Zirə": 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
İkinci oyun gününün sonuncu qarşılaşmasında da qalib müəyyənləşmədi. Özü də bu heç-heçə çoxları üçün gözlənilməz oldu. “Qarabağ” “Zirə”ylə görüşün şəksiz favoriti hesab olunsa da, “köhlən atlar” azarkeşlərini qələbəyə sevindirə bilmədi. Maraqlıdı ki, “Qarabağ” uzun müddət sonra ardıcıl iki görüşdə qələbəyə həsrət qaldı. Hər iki xal itkisi zamanı “Qarabağ”ın qol vura bilməməsini də qeyd etməliyik. “Zirə” intizamlı oyun sayəsində “Azərsun Arena”dan xalla dönməyi bacardı.
“Sabah”la xal fərqi 3-ə ensə də, “Qarabağ” turnir cədvəlinin vahid lideri olmaqda davam edir. “Zirə” isə xal itkisi sayəsində 3-cü pillədəki “Neftçi”dən bir qədər də uzaqdlaşdı. Qəsəbə təmsilçisinin aktivində indi 23 xal var ki, bu da onlarla “Neftçi” arasındakı fərqin 9-a bərabər olması deməkdir.
“Turan Tovuz” – “Sabah” 0:1
Qol: A.Kaşuk, 80.
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.
"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev.
“Sabah” uzaq Tovuz səfərindən 3 xalla dönməyi bacardı. Ukrayanın U-21 yığmasına dəvət alan Aleksey Kaşuk 80-ci dəqiqədə “Sabah”a qələbə gətirən qolu vurdu. Bu qol həm də ona görə vacib idi ki, “Sabah” “Zirə”ylə oyunda büdrəyən “Qarabağ”a yaxınlaşmaq fürsətini əldən vermədi. İndi Masazır komandasını lider “Qarabağ”dan cəmi 3 xal ayırır. İnamlı çıxış sayəsində Murad Musayevin komandası 38 xal toplamağı bacarıb və ikinci pillədə möhkəmlənib. Artıq heç kimdə şübhə yoxdur ki, “Sabah” “Qarabağ”la çempionluq mübarizəsi aparmağı bacaracaq yeganə komandadır.
“Turan Tovuz” isə azarkeşlərini məyus etməkdə davam edir. Ötən tur doğma meydanda “Şamaxı”ya boyun əyən Ayxan Abbasovun komandası yenə də azarkeşlərini sevindirməyi bacarmadı. 16 xallı “Turan Tovuz” altıncı pilləyə “lövbər salıb”.
“Sumqayıt” – “Qəbələ” 1:1
Qollar: T.Todoroski, 79 - İ.Alimi, 74-pen.
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Məşqçi: Mübariz Orucov.
"Qəbələ": 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sumqayıt”ın qələbə həsrəti davam edir. Bu mövsüm qələbə qazana bilməyən “gənclik şəhəri”nin komandası “Qəbələ” oyunda uduzmamağa sevindi. Özü də bu bir xal əzmkarlıqla qazanıldı. Aliminin 74-cü dəqiqədə penaltidən vurduğu qolun cavabı 5 dəqiqə sonra Todorskidən gəldi. Hərəyə bir qol vuran tərəflər sonda elə 1 xala da qənimət dedilər. Görünən odur ki, “Sumqayıt” qışda heyətini büsbütün dəyişməsə qələbə həsrəti də davam edəcək. Samir Abasov da qış fasiləsini gözləmədən “təmizləmə” əməliyyatına başlayıb və işinə yaramayanları bir-bir yola salır.
Qələbəsi olmayan “Sumqayıt” sonuncu pilləni heç cür tərk edə bilmir. Onlar 6 oyunda heç-heçə etməylə eyni sayda xal qazanıblar. 21 xallı “Qəbələ” isə 5-ci pillə ilə kifayətlənməyə məcburdur.
Amal Abuşov