Qış fasiləsində böyük dəyişikliklərin olacağı gözlənilən "Sumqayıt"da daha bir futbolçunun gedişi reallaşıb.
Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Samir Abasov açıqlama verib.
"İki futbolçu ilə yollarımızı ayırmışıq. Araz Abdullayevdən başqa, serbiyalı Damian Daniçiçin də mövsümün ikinci yarısında bizimlə olmayacağı dəqiqdir. Yenə gedənlər ola bilər. Bu, yeni transferlərdən asılı olacaq".
Qeyd edək ki, 21 yaşlı Damian Daniçiç yayda "Sumqayıt"a keçmişdi. O, "gənclik şəhəri" təmsilçisinin heyətində 12 (11 Premyer Liqa, 1 kubok) oyun keçirib.
Mirağa