22:23 13.07.2016 649

Azərbaycanın tanınmış qadınları futboldan nə danışdılar? - RƏYLƏR

Bəzən deyirlər, kişilər futbolu sevir, qadınlar futbolçuları. Çox vaxt kişilərlə qadınları ayıran, mübahisəyə səbəb olan da futboldur. Ancaq bəzi qadınlar futbolu elə kişilər qədər sevir.

 

Yazar qadınların futbola münasibəti necədir? Onlar da kişilər kimi top dalınca qaçıblarmı? Futbol izləyirlərmi?

 

Fanat.az xəbər verir ki, kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

 

Ləman Ələşrəfqızı: “Futbol nədir, yəqin tərifini deyə bilməyəcəm. Hər komandada 11 kişinin bir topun dalına düşüb qaçması kimi bəzi adamların ironik münasibətini də təqdir etmirəm. Futbol kifayət qədər ciddi əhəmiyyətli oyundur. Hətta deyərdim ki, siyasət qədər mühüm. Fransa ilə İslandiyanın oyununda Fransa prezidentinin iştirakına baxıb sonra oğlumdan soruşuram ki, kimin yerində olmaq istəyərdin, deyir, elə düşünmə Olandı deyəcəm.  Hə, yəni futbol bu qədər əhəmiyyətli və maraqla izlənən oyundur. Mən də həmişə maraqlı futbolun tamaşaçısı olmuşam. Azarkeşlik etdiyim komanda Barselonadır. Bu komandanın istənilən oyununu qaçırmamağa çalışıram. Özüm heç vaxt futbol oynamamışam. Düşünürəm ki, futbol kişi oyunudur və bu oyun qadınlarda alınmır. Bir neçə il əvvəl Azərbaycanda keçirilən Beynəlxalq tədbir də sübut etdi ki, qadınların futbol oyununu ən yaxşı halda Cenifer Lopes və ya Şakira maraqlı edə bilər. Açılışda bir mahnı oxumaqla. Azarkeş kişilərə də çox normal baxıram. Şəxsən özüm sevdiyim komanda qol vuranda elə qışqırıram ki, heç kim mənim kimi qışqıra bilməz. Maraqlıdır, özü də bu içdən gəlir. Kaş gün gələydi öz komandamızın uğurlarına sevinər, onların azarkeşi olmaq istəyərdik.

 

 

Elnaz Eyvaz: “Futbol ilk növbədə idmanın bir növüdür. Digər idman növləri kimi, onun da öz yeri və azarkeşləri var. Orta məktəbdə oxuyanda idman dərslərində sinif yoldaşlarım məktəbin stadionunda futbol oynayırdılar, onları çox maraqla izləyirdim. Amma məxsusi olaraq, hansısa idman növünə, o cümlədən, futbola azarkeşlik etməmişəm. Oyunlar zamanı atamla bir yerdə olanda, hər oyunu izləyirəm, əks halda yox. Atamla futbola baxmaq mənə ləzzət edir. Biz uşaq olanda atam bütün oyunları izləyirdi, azarkeşlik etdiyi komanda qol vuranda elə qışqırırdı ki: "Qooool!!!", ya da belə: "Ayyy səənii, azca qalmışdı". Həm diksinirdim, həm də sevinirdim ki, evimizdən ata səsi gəlir.

Futbol fanatı olan kişilərə də normal baxıram. Hərənin bir maraq dairəsi var, onlarınkı da odur. Burda qeyri-adi və anormal nəsə görmürəm. Hələ də bu azarkeş sevdiyin kişidirsə, məsələn, atandırsa. Ümumiyyətlə, adamların zövqünə, inancına, seçiminə hörmətlə yanaşmaq lazımdır”.

 

 

Telli Pənahqızı: “Futbol mənim üçün maraqlı idman növü sayılsa da son vaxtlar, demək olar ki, baxmağa həvəsim yoxdur. Milyonlarla insanın əsəbini tarıma çəkən, emosiyalarını ən kobud şəkildə büruzə verməyə səbəb olan, indi artıq gözəl bir idman yarışından, sağlamlıq, istedad və güc qaynağından çıxıb ölkələrin və ayrı-ayrı varlı şəxslərin dünyaya hökmranlıq ambisiyasına çevrilən bu oyunlara bir siyasət marağı kimi baxıram. Deyək ki, hər hansı bir ölkə idmançılarının texniki və ya oyun istedadını nümayiş etdirmək amacı ilə yaradılan klublarda və komandalarda hər şey, hətta oyunçu belə, alınıb satılırsa, (deyək ki, hansısa komandada əcnəbilər öz ölkəsinin deyil, pulla alındığı ölkənin idman marağını qoruyursa) bunun nəyi milli komanda olur ki. Nə vaxsa futbol oynamısınızmı? Yox, bir vaxtlar, yəni orta məktəbdə oxuyanda, bir neçə il də universitetdə voleybolla məşğul olmuşam. İfrat azarkeşliyi sevmirəm. Amma bunsuz da azarkeş olmaq mümkün deyil... Düşünürəm ki, hər şey qədərində gözəl və qəbul ediləndir...”

 

 

Xuraman Hüseynzadə: “Əvvəllər futbolu çox sevirdim. İndi maraqlanmıram. Təkcə Dünya Çempionatlarına baxıram. Bu oyun tək kişilərin yox, qadınların da maraq dairəsindədir. Pul gətirməsi, emosiyalara səbəb olması bir tərəfə, oyun kimi çox maraqlıdır. Maraqsız olsaydı dünya bir topun əlində girinc qalmazdı”.

 

Könül Həsənqulu: “Doğrusu futbol həvəskarı olmamışam bu vaxtacan, amma məktəb vaxtı uşaqlarla oynamağım qaçılmaz idi. Uşaqları bilirsiniz, dostluqda birlik onlar üçün daha önəmli olur, nəinki böyüklər üçün. Bu baxımdan mən də oyuna qatılmışam dəfələrlə. Boyum, qollarım uzun olduğu üçün məni həmişə qapıçı seçirdilər. Belə ki, topun qorxusu hələ də canımdadır. İndi küçədə topla oynayan uşaqların yanından ötəndə qorxuram ki, top indi mənə dəyər, bu saat dəyər. Futbol azarkeşlərinə isə rəğbətlə yanaşıram. Düşünürəm ki, hər bir kişinin azarkeşlik etdiyi mütləq bir və ya bir neçə idman növləri olmalıdır”.

 

Rəbiqə Nazimqızı: “Ümumiyyətlə, futbola geniş münasibətimlə bağlı iki il əvvəl bir yazı da yazmışam, amma yenə də deyim. Futbol mənim üçün maraqlı, həyəcanlı bir oyundur. Daha çox yorulanda izləməyə üstünlük verirəm. Yaşıl meydan, qalibiyyətə doğru qaçışan adamlar, topun hərəkəti xoşuma gəlir. Fanatların reaksiyasına tamaşa etməyi də xoşlayıram. Canlı baxmaq daha maraqlıdır. Azarkeşliyə gəlincə, hazırda daimi azarkeşlik etdiyim komanda yoxdur. Təbii, "Qarabağ", "Qəbələ", "Neftçi", yığmamız istisnadır. Böyük yerlibazlıq - bunu vətənpərvərlik də adlandırmaq olar. Xüsusən bizimkilərin əcnəbilərlə qarşılaşmalarına baxıram. Mən səs-küy salan azarkeş deyiləm, yəni klassik formada məni azarkeş adlandırmaq olmaz. Reaksiyalarımı özümdə saxlayıram. Hərçənd, bir dəfə evdə futbola baxanda qızımın pəncərələri örtdüyünü gördüm, yay idi, mənə qəribə gəldi, səbəbini soruşdum, dedi ki, hər dəfə qol vurulanda möhkəm çığırıram.

Futbol oynamışam, dəniz kənarında ailəvi dincələndə olur belə şeylər. Dostlarla da oynamışam, amma məndən oyunçu olmaz. Jurnalist kimi daha çox izləməyə meylliyəm. Futbol fanatı olmayan kişilərə bir az qəribə baxıram. Açığı, düşünürəm ki, əks cinsin təmsilçisi futbol oynamasa da, dünya çempionatlarından, böyük qarşılaşmalardan xəbərdar olmalıdır. Amma bunu da deyim ki, kişilərin futbolla bağlı söhbət və mübahisələri də diqqət mərkəzindən kənarda qaldığını düşünən bütün xanımlar kimi xoşuma gəlmir”.

 

İradə İsaq: “Futbolu sevməmişəm, sevmirəm, sevməyəcəm də. Mən zaman aparan, sonunda heç bir fayda əldə edə bilməyəcəyim hər şeydən uzağam. O cümlədən də futboldan. Futbol fanatı olan kişilərə heç bir söz deyə bilmərəm. Məsələn, oğlum futbolun böyük fanatlarındandır. Onlar haqqında fikir bildirmək istəməzdim. Bu çox şəxsi məsələdir. Uşaq vaxtı futbol oynadığım zaman burnumu qırmışam. Bu günə qədər əziyyətini çəkirəm. Üzümdə xırda izləri də qalıb. Bəlkə elə ona görə futbolu sevmirəm, nə bilim. Amma voleybol oyunu mənim üçün maraqlıdır, vaxtım olanda baxıram. Xüsusən qadınlar oynayanda”.

 

Günel Natiq: “Gözəl yazıçımız Afaq Məsud hekayələrinin birində “Niderland xalqına eşq olsun” deyə şüar deyən gülməli bir qız uşağını təsvir edir. Həmin o qız uşağı mən idim. O vaxtlar dünya çempionatı gedirdi, mən isə Niderland komandasının azərkeşiydim. Hollandiya (Niderland) komandasının kapitanı Ruud Qullit mənim kumirim idi. Hətta saçlarımı da onunkuna oxşatmağa çalışırdım. Atam mənim azarkeşliyim barədə iş yerində danışdıqdan sonra Afaq xanımın həmin o hekayəsindəki obraz yaranmışdı. İndiyə kimi narıncı rəngi çox sevirəm. Ona görə ki, bu rəng o illərin yadigarıdır. Hollandiya komandasının futbol geyimi narıncı rəngdədir... Nəyə görə bu komandanı sevirdim? Çünki Hollandiya şairanə futbol oynayırdı. Açıq futbol oynayan komandalar həmişə sevilir. Çünki onlar azarkeşlərin görmək istədiyi futbolu göstərirlər. Güclü olduğu qədər bəxtsiz komanda idi Hollandiya, ən güclü vaxtlarında dünya çempionatının yalnız finalına qədər gedib çıxa bilmişdilər. Elə düşünürəm ki, əsl kişi mütləq futbola baxmalıdır. Çünki mənim xəyalımda atamın obrazı qalıb. Futbolu dəlicəsinə sevən, kritik anlarda siqareti siqaretə calayan azarkeş obrazı. Xüsusi futbol gündəliyi tuturdum. Bütün matçları, vurulan qolları, fərqlənən futbolçuları qeyd edirdim. Elə bilirdim, nəyisə qaçırsam, böyük bir qəbahət etmiş olaram.

Kumirlərimdən biri də Dieqo Maradona idi. Bu futbolçunun təvazökarlığı çox xoşuma gəlirdi. Adətən rəqib komandanın müdafiəçiləri imkan vermirdilər ki, bu futbolçunun ayağı topa dəysin, ayağına top gələn kimi itələyib yıxırdılar. O isə növbəti dəfə ayağa qalxıb, heç bir emosiya göstərmədən əllərini çarəsizcə yana açıb eləcə başını tərpədirdi. Maradonanın bu sadəliyi ona böyük hörmət qazandırmışdı. Həm də başqa cür ola bilməzdi, Maradona kimi böyük futbolçu elə belə də olmalıydı... Sevdiyim komandalar uduzanda elə bilirdim özüm məğlub olmuşam. Və artıq heç kim məni ayağa qaldıra bilməz. Günlərlə ağlayırdım. Futbol Çempionatı bitəndə isə içimdə boşluq yaranırdı. Sonra hər şey yenidən başlayırdı. Bəlkə də mən beləcə həyata öyrənirdim, hər məğlubiyyətdən sonra yenidən ayağa qalxıb mübarizəyə davam etməyə alışırdım. Bir də futbol günlərindən allı-güllü xatirələr qalıb, o xatirələri heç nə əvəz eləyə bilməz. Bunlar üzə təbəssüm qondaran, içimizi sevinclə dolduran xatirələrdir. Nə deyirsiniz deyin, futbol dahiyanə oyundur...

 

Şahnaz Kamal: “Futbolu nə sevirəm, nə də nifrət edirəm. Çünki bu oyunun bu və ya digər şəkildə həyatıma heç bir müdaxiləsi yoxdur. Amma ümumi götürsək, xərclənən pul və vaxta dəyməyən, mənasız bir şey kimi qəbul edirəm. Kişilərin əyləncəsidir, kişilər isə bahalı əyləncəni sevirlər. Futbola baxmıram və tanıdığım klublar azdır. “Qarabağ” klubuna adına görə rəğbətim var, bu qədər. İstənilən sahədə fanatlığa yaxşı baxmıram”.

 

Hədiyyə Şəfaqət: “Futbol oynamışam. Məktəb vaxtı, oğlanlarla.

Baxmağı  da  xoşlayıram. Futbola   maraq  edən  kişiləri  də  anlayıram, doğru  edirlər. Mən  döyüş idman  növlərini  sevmirəm,  futbolu  isə  hətta  yaxşı idman  hesab  edirəm.  Komanda  oyunudur üstəlik. Futbolçu,  futbolla  ilgisi  olan  dostlarım  var. Futbolla  bağlı  onlarla  mübahisə  etmərəm,  lakin  futbola  baxmaqlarını  izləməyi  və  şərhlərini  dinləməyi  xoşlayıram.

“Qarabağ”a  azarkeşlik  edirəm. Təəssüf  ki,  hələ  futbola  canlı  baxmamışam.

 

Ramilə Qurbanlı: “Tam səmimi deyəcəm, mənə görə futbol qədər mənasız ikinci oyun yoxdur. Mübariz Məsimov deyib, amma ona qədər deyəsən Molla Nəsrəddin buyurub ki, əlimdə əlac olsa bir topun arxasınca düşən 11 kişinin hərəsinə bir top alıb verərdim ki, bizim də canımız qurtarsın, onların da”.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 Mart 2021
11:27

AMADA AQTA ilə görüşdü

11:23

Nigar Arpadarainin əvəzinə yeni təyinat

11:18

Məşhur mütəxəsssis infarkt keçirdi, reanimasiyaya yerləşdirildi

11:16

"Turan Tovuz" "Kəpəz"i belə yendi - VİDEO

10:59

“Neftçi” - “Sabah” matçının hakimi açıqlandı

10:43

Rusiya dünya çempionatından məhrum edildi

10:24

Polkovnik-leytenant Elxan Nağıyevə yenidən cinayət işi açıldı

10:11

UEFA qərarını dəyişdi

09:25

"Qarabağ" "Qəbələ"yə, "Səbail" "Keşlə"yə qarşı - YENİLƏNİR

09:00

Gözəl biatlonçunun bu paylaşımı təqibçilərini məst etdi - FOTO

02:52

Mourinyu Keynə əvəzləyici tapdı

02:39

"Milan"ın qapıçısı hansı kluba keçəcək? - SON DURUM

01:57

İPL: "Everton" tək qolla qazandı

01:46

La Liqa: "Real" Madriddə büdrədi

00:11

Əfqan Həmzəyevə fəxri ad verildi

01 Mart 2021
23:39

Araz Abdullayev darmadağında iştirak etdi

22:32

Təbriz klublarından bərabərlik

20:58

Qərb derbisini "Turan Tovuz" qazandı

18:27

"Barselona" bəyanat yaydı: Klubun ofisində axtarış aparılıb

18:10

Azərbaycanlı döyüşçü iddialı danışdı: “Rəqibimin birinci raundda nəfəsini kəsəcəyəm” - FOTO

17:41

Ramin Musayev: "Zirə" çempionluq üçün tam hazırdır" - MÜSAHİBƏ

16:44

"Qarabağ" - "Qəbələ" matçının hakimləri müəyyənləşdi

16:38

Rusiya futbolunun tarixinə düşən 17 yaşlı erməni - Hamı ondan danışır

16:28

Millinin sabiq baş məşqçisi vəfat etdi

16:06

AFFA Nuriyevi Bakıya gətirdi

15:47

Premyer Liqa klubları cərimələndi

15:31

Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı - YENİLƏNİB

15:17

FİFA Kolli ilə bağlı qərarını açıqladı

14:43

“Qarabağ”la “Qəbələ”nin 60-cı dueli

13:57

Fransa klubu baş məşqçisi ilə vidalaşdı

13:19

Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır

13:00

Braziliya A Seriyasının ən yaxşıları müəyyənləşdi

12:41

III Avropa Oyunlarının proqramına yeni idman növləri daxil edildi

12:16

Millimizin oyunu qapalı keçiriləcək

11:45

Gündüz Abbaszadə: "Ümid edirik ki, AFFA müraciətimizə müsbət cavab verəcək"

11:34

"Qarabağ" - "Qəbələ" matçında 4 futbolçu iştirak etməyəcək

11:21

Raulla müqavilə yeniləndi

10:58

Günün oyunları bu kanallarda - AFİŞA

10:37

“Milan” “Roma”nı belə yendi - VİDEO

10:22

Çin çempionu fəaliyyətini dayandırdı

10:06

Əli Rəhimzadə: "Bəzi səhvlərdən rəqibə xallar verdi"

09:31

Azərbaycanın iki şahmatçısı FİDE reytinqində irəliləyib

09:00

Braziliyalı gözəl təqibçilərini belə "əridir" - FOTOLAR

02:21

La Liqa: "Atletiko" səfərdə qazandı

01:38

A Seriyası: "Milan" paytaxtda qazandı, "İnter"dən darmadağın

01:31

İPL: "Tottenhem"dən darmadağın, mərkəzi qarşılaşmada qol olmadı

28 Fevral 2021
23:04

Almaniya Bundesliqası: "Bayer" öz meydanında yenildi

22:07

Türkiyə Superliqası: "Fənər" Trabzonda güldü

21:00

XV turun təyinatları açıqlandı

20:10

Millimiz "Qəbələ"yə uduzdu

19:03

Nuriyev Ukraynada dubl etdi, meydandan qovuldu

14:47

"Zirə"də şok itkilər: Onun üçün mövsüm erkən bitdi - SON DURUM

13:40

"David Vilyanın burnunu sındırmamışam" - Azərbaycanlı baş məşqçi

13:22

Elxan Məmmədov: "Bu çəkidə ikinci bir cüdoçu yoxdur ki, ona şans verək"

12:37

"Liverpul" Kloppa əvəzedici axtarır: Əfsanə geri dönür?

11:36

Futbol tarixinin ən yaxşı bombardiri dəyişdi

11:00

Məhəmməd Salah "Liverpul"dan gedir?

10:18

PSJ-nin transfer siyahısı - ŞOK ADLAR

09:26

ADBTİA-nın tələbəsi intihar etdi - AÇIQLAMA

08:22

Qadın idmançı buna görə komandadan qovuldu - FOTOLAR

07:31

"Barselona" "İnter"in müdafiəçisini alır

06:17

Quardiola Mourinyunun rekordunu qırdı

02:10

La Liqa: "Barselona" uddu, "Xetafe" darmadağın etdi

01:52

İPL: "Mançester Siti"dən çətin qələbə, "Lids" yenildi

01:38

A Seriyası: "Latsio" məğlub oldu, "Yuventus" büdrədi

00:27

Əli "qızıl", Turan və Türkan "bürünc" aldı

00:22

Komandasını "əzdilər", bəs Pavel hanı?

27 Fevral 2021
23:46

Almaniya Bundesliqası: "Bavariya", "Ştutqart" və "Borussiya"dan darmadağın

23:00

Türkiyə Superliqası: "Qalatasaray"dan inamlı qələbə

20:18

Nazarov oynasa da...

Facebookdan bizi izləməyi unutmayın.