12:27 01.05.2021 233

"Bakıdakı Qran-prini Antalyada təşkil etmək istəyirdik" - MÜSAHİBƏ

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun müsahibəsi

- Paracüdo üzrə Qran-pri Bakıda keçiriləcək. Necə oldu ki, yarış Azərbaycana həvalə edildi?
- Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, xüsusilə paralimpiya hərəkatına göstərdiyi diqqət, ölkəmizdəki təcrübə və idman obyektlərinin olması imkan verir ki, ən mötəbər yarışlar burada təşkil edilsin. Biz ilk dəfə Qran-prini 2019-cu ilin mayında keçirdik. Onun təşkilatçılığını Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi, Sosial Müdafiə Nazirliyi, MPK və Beynəlxalq Cüdo Federasiyası edirdi. Lisenziya xarakterli yarışın çox yüksək səviyyədə təşkili əks-sədaya səbəb oldu. Belə rəy formalaşdı ki, indiyədək baş tutmuş paracüdo yarışlarının ən yaxşısı Azərbaycanda keçirilib. Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) qərar qəbul etdi ki, hər il mayda Bakıda lisenziya xarakterli Qran-pri olsun. Təəssüf ki, ötənilki yarış pandemiya səbəbindən baş tutmadı. Həmin vaxt dünyadakı bütün turnirlər ləğv edilmişdi. Nəinki idmanda, bütün sahələrdə proseslər dayandırılmışdı. Hətta "Tokio-2020” də 2021-ci ilə təxirə salındı. IBSA qərara aldı ki, həmin yarışı 2021-ci ildə yenidən keçirək. Bizim çox böyük şübhələrimiz var idi. Fikirləşirdik ki, ölkəmizdə pandemiya ilə əlaqədar yaranan vəziyyətə görə yarışı keçirmək üçün icazə verəcəklərmi? Bu, bizim üzərimizdə böyük məsuliyyətdir. Beynəlxalq təşkilat təqviminə Azərbaycanda keçiriləcək yarışı daxil edib. Komitəmizə həvalə edib ki, yarışı siz keçirin. Bu, "Tokio-2020”dən əvvəl sonuncu lisenziya yarışıdır. İdmançılar paralimpiada üçün sonuncu xallarını qazanmalıdır. İlkin araşdırmalar onu göstərirdi ki, Bakıda bunu təşkil etmək problemlidir. Çünki vəziyyət o qədər də qənaətbəxş deyildi. Paralel olaraq başqa variantlar axtarmağa başladıq.

- Hansı variantları nəzərdən keçirirdiniz?
- Yarışı keçirmək üçün hansısa ölkə ilə danışıqlar aparmağı planlaşdırdıq. Qonşu və qardaş ölkə Türkiyə yadımıza düşdü. Türkiyə Cüdo Federasiyası və Paralimpiya Komitəsi ilə danışıqlara başladıq. Təklif etdik ki, MPK-nın təşkilatçılığı ilə Qran-pri Antaliyada olsun. Türkiyədə olsa da, ev sahibliyini biz edək. Bizim danışıqlar müsbət idi və qarşı tərəf yüksək səviyyədə qarşıladı. Orada yarışın təşkili ilə bağlı dövlət orqanlarından da razılıq alındı. Bu barədə beynəlxalq təqvimdə də dəyişiklik oldu. Həmin yarışın təşkilatçılığına hazırlaşmağa başladıq. Eyni zamanda, müşahidə edirdik ki, ölkəmizdə vəziyyət getdikcə yaxşılaşır. Müəyyən yarışların keçirilməsinə artıq icazə verilib. Biz növbəti dəfə hökumətə müraciət etdik ki, yarış lisenziya xarakterlidir və buna icazə verilsə, Bakıda keçirilməsinə israrlıyıq. Azərbaycan höküməti müəyyən araşdırma və təhlildən sonra mayda Qran-prinin təşkilinə icazə verdi. Biz Türkiyədəki qardaşlarımızla bu barədə danışdıq. Oranı ehtityat variant kimi fikirləşmişdik. Bizə icazə verildiyini və yarışın Bakıda gerçəkləşəcəyini söylədik. IBSA-ya müraciətdən sonra təqvim yenidən dəyişdi. Növbəti dəfə keçirilmə yeri Bakı göstərildi. Bakıda müəyyən yarışların keçirilməsinə icazə verilib. Buna "Formula 1”, futbol üzrə Avropa çempionatının oyunlarını və gimnastika yarışlarını misal göstərə bilərəm. Bizim yarış da lisenziya xarakterli olduğu üçün önəmli məna daşıyır.

- Qran-pri pandemiya şəraitində necə keçiriləcək?
- Yarış pandemiya şərtlərinə uyğun azarkeşsiz keçiriləcək. Çox ciddi karantin tədbirləri olacaq. Gələn bütün idmançılar Azərbaycana daxil olduqları ilk saatdan PCR testindən keçəcəklər və öz otaqlarında bir günlük karantinə alınacaqlar. Testin cavabına kimi çölə çıxa bilməyəcəklər. Hərəkəti məhdudlaşdırmaq üçün otaqlarında qidalanmaları təşkil olunacaq. Testin cavablarından sonra idmançılar yarışdan əvvəl məşqlərə başlaya bilərlər. Heydər Əliyev adına İdman Kompleksinə müəyyən baxışlar keçirmişik. Oraya koronavirus testindən keçənlər və akkreditasiyası olanlar daxil ola biləcək. Girişdə xüsusi dezinfeksiya avadanlığı quraşdırılacaq. Hərəkəti məhdudlaşdırmaq üçün orada iki gün idmançıların qidalanmasını təşkil edəcəyik. Xaricdən gələn hakimlər və qonaqların hamısı testən keçdikdən sonra karantinə alınacaqlar. Ardınca isə yarışa buraxılacaqlar. Bir sözlə, Beynəlxalq Cüdo Federasiyasının pandemiya şəraitində təşkil etdiyi yarışlarda hansı qaydalar olubsa, burada da həmin qaydalara əməl ediləcək. Həmçinin, dövlətimiz pandemiya ilə bağlı bizdən nəyi tələb edirsə, hamısına riayət edəcəyik.

- Komitə olaraq yarışa necə hazırlaşırsınız?
- Hazırda yarışın Təşkilat Komitəsi gərgin işləyir. Hazırlığımızı qiymətləndirmək üçün Bakıya ekspert gələcək. O, otelə, yarış yerinə baxacaq və nəqliyyat məsələləri ilə maraqlanacaq. Komitə olaraq, bütün təşkilati işləri yekunlaşdırmaq üzrəyik. Azərbaycan Cüdo Federasiyasına təşəkkür edirik ki, həmişə olduğu kimi, yenə bizim yanımızdadırlar. Bakı Nəqliyyat Agentliyi ilə danışmışıq, nəqliyyat sarıdan da problem olmamalıdır. Heydər Əliyev adına İdman Kompleksi artıq bizim sərəncamımıza verilib. Orada dizayn işləri, tataminin və məşq zallarının qurulması kimi işlərə başlanılıb. Demək olar ki, çox az vaxt qalıb. Təxminən 3 həftəyə yarış başlayacaq. Əsas işlərimizdən biri idmançıların göz təsnifatından keçirilməsidir. Belnəlxalq həkimlər gələcəklər, biz onlara şərait yaradacağıq və bütün avadanlıqlarla təmin edəcəyik. Həkimlər kiməsə yarışla bağlı IBSA qaydalarına uyğun rəy verməsələr, həmin idmançı Qran-priyə buraxılmayacaq. Mütləq hamısı öz arayışlarını almalıdır ki, gözdən əlil olduqları üçün yarışa uyğundurlar. Kiməsə icazə verilməsə, yarışa buraxılmayacaq. Bu, çox mürəkkəb işdir və bunun üzərində çalışırıq. Düşünürəm ki, biz növbəti dəfə Qran-prini yüksək səviyyədə keçirməyə nail olacağıq.

- Qran-pridə neçə ölkənin və idmançının iştirakı nəzərdə tutulub?
- 39 ökə artıq öz iştirakını təsdiq edib. İdmançılar, məşqçilər və nümayəndə heyətləri ilə birikdə 400-dək iştirakçı olacaq.

- Azərbaycanı neçə paracüdoçu təmsil edəcək: İlham Zəkiyev və digər titullu cüdoçular bu yarışa qatılacaqmı?
- Azərbaycan milli komandası 19 nəfərdən ibarət olacaq. Onlardan 3-ü məşqçi, 16-sı idmançıdır. Biz ev sahibi olduğumuz üçün hər çəkidə iki idmançı ilə təmsil oluna bilərdik. Amma sonuncu danışıqlara və pandemiya məsələlərinə görə Qran-pridə ancaq titullu idmançılar çıxış edə bilərlər. Yeni idmançılara gəlməyə icazə vermədik. Nə Azərbaycandan, nə də digər ölkələrdən. Cüdoçu reytinqdə aşağı pillədədirsə və onun Tokioda yarışmaq üçün şansı yoxdursa, onlar da ixtisar olunub. Azərbaycan yığması yalnız reytinqli idmançılarla yarışda təmsil olunacaq. Kişilər 7, qadınlarda isə 6 çəki dərəcəsində təmsil olunuruq. Yalnız kişilərin mübarizəsində 66 kq-da bizdə iki idmançı olacaq. Çünki ikisi də reytinqdə öndədirlər. 4-5-ci pillələrdə qərarlaşıblar. Qadınlarda isə 52 kq və 57 kq-da iki nəfər çıxış edəcək. Onlar da reytinqdə üst pillələrdədirlər. Aralarında sağlam rəqabət gedir.

- Həmin 19 cüdoçudan kimlər Tokiodakı paralimpiadada iştirak edəcək?
- 13 idmançımız artıq reytinqə görə lisenziyanı təmin etməyə çox yaxındır. Bakıdakı yarışda kimdəsə geriləmənin olacağına inanmıram. Bugünkü proqnoza görə paracüdo komandamız hər çəkidə Yaponiyanın paytaxtındakı Oyunlarda təmsil olunacaq.

- "Tokio-2020"yə hazırlıq nə yerdədir?
- Artıq hamı o yarışı gözləyir. Beynəlxalq Paralimpiya Komitəsi və Tokio olimpiadasının Təşkilat Komitəsi ilə əlaqələrimiz onu göstərir ki, bu mötəbər yarış baş tutacaq. Bununla bağlı bizim çox ciddi hazırlıqlarımız gedir. Əsasən təşkilati məsələlərə yönəlmişik. Komandalarımız yarışa texniki baxımdan hazır olmalıdır. İdmançıların geyimləri, qidalanması, onlar üçün yarışların və təlim-məşq toplanışlarının təşkili və digər məsələləri diqqətdə saxlayırıq.

- Paralimpiya Oyunlarında neçə idmançı ilə təmsil olunacağınızı gözləyirsiniz?
- Bu gün üçün təsdiq olunmuş 9 lisenziyamız var. Yarışların gedişatı, idmançıların çıxışı onu göstərir ki, əvvəllər 32-33 lisenziya gözləyirdiksə, indi 35-36 lisenziya olacaq. Orada bir çox məsələlər tibbi təsnifatla bağlıdır. 35-36 idmançı ilə təmsil olunmaq böyük uğur sayılacaq. Sonuncu dəfə 2016-cı ildə 24 nəfərlə mübarizə aparmışıq. Budəfəki idmançılarımızın hamısı da medal uğrunda mübarizə aparmağa hazırdır. Hətta bir çoxları qızıl medal da qazana bilər.

- Neçə qızıl medala ümid edirsiniz?
- Ən böyük uğurumuzu 2012-ci ildə Londonda qazanmışıq. Həmin vaxt 4 qızıl medal əldə etdik. Ondan sonra "Rio-2016"da daha çox idmançı ilə çıxış etdik, amma 1 qızıl medal götürə bildik. Çoxlu medal qazansaq da, 8 finaldan məğlub ayrıldıq. 2016-cı ildəki nəticələr bizim üçün qənaətbəxş deyildi. Tokioda Londondakı uğurumuzu təkrarlamalıyıq. 4 qızıl medal qazansaq, yaxşı işlədiyimizi demək olar.

- "Tokio-2020"yə hansı devizlə yollanacaqsınız?
- MPK-nın "Yenilməz" layihəsi var. Komitənin 25 illiyi ilə bağlı "Yenilməz" romanı da dərc etdik. Müəllif İlqar Fəhmidir. Burada əlilin həyatında bəhs edilir. Onun bütün çətinliklərindən, həyata qayıtmasından və sonradan idmana qoşulmasından yazılıb. Bütün əlillərə aid olan "Yenilməz" mahnısı yazmışıq. Yenilməz sözü bizim brendimizə çevirilib. Paralimpiya Oyunlarına "Yenilməzlər zəfərə doğru" şüarı ilə yollanacağıq.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2021
02:00

AVRO-2020: Bütün nəticələr - YENİLƏNİR

01:45

İbra əməliyyat olundu

01:16

İngiltərə - Şotlandiya matçının ən yaxşısı 20 yaşlı gənc oldu

00:49

AVRO-2020: Şotlandiya ilk xalını İngiltərədən aldı

00:02

Eriksen xəstəxanadan evə buraxıldı

18 İyun 2021
22:20

AVRO-2020: UEFA xorvatı ən yaxşı elan etdi

22:09

AVRO-2020: Türkiyə onu İsveçrə ilə oyun ərəfəsində itirdi

21:02

AVRO-2020: Qol vurmayan hücumçu oyunun ən yaxşısı seçildi

19:31

AÇ: Zenfira "bürünc" qazandı

18:53

AÇ: Fərid finalda erməni, Fəraim türkiyəli ilə güləşəcək

18:48

Ronaldu "Instagram"da bu sayda təqibçisi olan ilk insandır

17:43

"Grand Chess Tour": Rəcəbov Aronyanla heç-heçə etdi

17:29

Millimiz Ukraynaya uduzdu

16:39

"Tottenhem" Qattuzoyla müqavilə bağladımı? - SON DURUM

16:15

"Qrupumuz ən güclü komandaların olduğu qrupdur" - Millimizin meneceri

16:02

Məqsəd İsayev yeni klubda - RƏSMİ

15:49

"Sumqayıt"ın Konfrans Liqasındakı ilk oyununun vaxtı dəyişdirildi

15:37

İdman zallarından istifadə qaydaları açıqlandı

15:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:30

"Sumqayıt" yeni qapıçı transfer etdi - RƏSMi

15:09

Kristian Eriksen əməliyyat olundu

14:29

"Zibilə qalsın, mənim cəmi 29 yaşım var..."

14:11

11 stadionun gözəlləri: Siyahıda “CBC Sport”un aparıcısı da var - FOTOLAR

13:55

Azər Həsənov beynəlxalq federasiyanın prezidenti seçildi

12:56

"Yuventus"un fəxri prezidenti vəfat etdi

12:26

AVRO-2020-nin finalı Londondan alınacaq? - UEFA-dan iddialara cavab

12:01

Tanınmış yazarlar Şenol Güneşi tənqid etdi :"Acizdik, əzildik, büzüldük, məğlub olduq"

11:47

"Yığma üzvləri öz klublarına buraxılıb" - Federasiya rəsmisi

11:17

Eyvandan pul səpən məşhur cüdoçumuzla bağlı rəsmi açıqlama - VİDEO

10:55

Türkiyə nəhəngi Diyeqo Kosta ilə anlaşdı

10:27

Serxio Ramos PSJ-də?

10:12

Məşhur müğənnimizin idmançı oğlu ağır qəzaya düşdü - FOTO/VİDEO

09:51

"Qol vurmaq mənim işimdir" - Mahir Emreli

09:41

Avropa çempionatı: Boksçumuz ermənini məğlub etdi

09:30

Amerika Kuboku: Braziliya darmadağınla qazandı - VİDEO

09:21

"TRT Spor"dan Azərbaycan türkcəsində futbol terminləri ilə bağlı maraqlı paylaşım - VİDEO

09:00

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Səbuhi Səfiyarlı şərh edir

08:30

AVRO-2020: Günün oyunlarına hansı kanaldan baxaq?

01:21

Daha bir futbolçu ikinci dəfə ən yaxşı oldu

00:54

AVRO-2020: Ukrayna uddu, Belçika və Niderland 1/8 finalda

00:22

"Legiya"nın baş məşqçisi: "Mahirin yanında ikinci hücumçu olsa..."

17 İyun 2021
23:16

Belçika millisinin üzvü yenə oyunun ən yaxşısı oldu

23:01

AÇ: Yunan-Roma güləşçilərimizin rəqibləri bilindi

22:21

Mahir Emreli "Legiya"da het-triklə başladı

22:01

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırıldı - SƏBƏB

21:11

Belçika fanatları Eriksenə belə dəstək oldu

20:18

Ukrayna - Şimali Makedoniya matçının ən yaxşısı açıqlandı

20:14

AÇ: Həşimova "bürünc" uğrunda mübarizə aparacaq

19:20

Kramarenkonun klubu erməni məşqçi ilə anlaşdı

18:05

Ramos göz yaşlarını saxlaya bilmədi

18:02

Eriksen ömrünün sonuna kimi cihazla yaşayacaq - SON DURUM

17:47

"Qarabağ"ın Avstriyadakı oyunlarının vaxtı açıqlandı

17:46

Azərbaycandan Şəhriyar Məmmədyarova niyə rəsmi təbrik yoxdur? (ŞƏRH)

17:27

Buffon "Yuventus"dan getdi - RƏSMİ

17:11

“Səbail” Adil Nağıyevlə bağlı nə qərar verdi?

16:49

Boksçumuz Avropa çempionatında erməniyə rəqib oldu

15:51

Şərif Şərifov turnirdə iştirak edəcək, Mariya Stadnik isə... - EKSKLÜZİV

15:27

Federasiya rəsmisi nazirə müraciət etdi

15:18

Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu

15:07

“Qarabağ”ın sabiq futbolçusu rəsmən Türkiyə klubunda

14:34

"Keşlə" braziliyalı vingerlə anlaşdı, Utriqdən cavab gözləyir

14:15

Şahmat Federasiyasına FILsəfə dərsi

13:10

Mahir Emrelidən Türkiyə millisinin məğlubiyyətinə reaksiya - VİDEO

12:56

"Zirə"nin yay hazırlıq planı məlum oldu

12:51

Nazirlikdən Şəhriyarın qınağına münasibət

12:46

"Qarabağ" Avstriyaya yollanır, MOİK və "Arsenal"la qarşılaşacaq

12:23

Yarım əsrdir bütün DÇ və AÇ-lərdə oynayan milli

12:16

Türkiyə qrupdan necə çıxa bilər? - 2016 təcrübəsi

11:50

"Xanımlar formada": Onlar kimə azarkeşlik edir? - SORĞU

11:41

"Sumqayıt"da yeni müqavilə

Facebookdan bizi izləməyi unutmayın.