"Barselona”nın gənc futbolçusu Serjinyo Dest sıradan çıxıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi sağ ayaq əzələsindən xəsarət alıb.
Arxa xətt oyunçusunun bərpa müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, Serjinyo ilk mövsümünü keçirdiyi "Barselona”da 21 oyuna çıxıb.