Bu gün Azərbaycan Basketbol Liqasında 20-ci turun oyunları davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha iki qarşılaşma keçiriləcək. Bakıdakı "Sərhədçi" İdman Kompleksində əvvəkcə "AAAF Xırdalan” və "Olimpik” (Şəki) qarşılaşacaq. Ardınca meydan “Sabah” və “Sərhədçi”nin ixtiyarına veriləcək.
17:30. "AAAF Xırdalan" - "Olimpik" (Şəki)
20:00. "Sabah" - "Sərhədçi"
Turun son oyunu sabah baş tutacaq
15:00. "Zirvə" (Astara) - "Neftçi"
Qeyd edək ki, turun ilk oyununda NTD - "Gəncə"yə qalib gəlib - 91:85.