Azərbaycan Basketbol Liqasında (ABL) XXV turun növbəti oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli “Olimpik Şəki” “Neftçi” ilə qarşılaşıb.
Görüş Bakı təmsilçisinin 112:78 hesablı qələbəsi ilə bitib.
Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (39 xal, 9 asist) olub.
Qeyd edək ki, turun açılış matçında “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. Turun digər oyunları aprelin 10-da və 11-də keçiriləcək.