Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər. Matç saat 19:30-da başlayacaq.
Dörd görüşdən sonra ümumi hesab bərabərdir - 2:2.
Qalib gələn kollektiv ölkə çempionu olacaq.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.