20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, yığma B Divizionunun C qrupunda İsveç kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 50:102.
Qeyd edək ki, qrupda Kosovo, Ukrayna və Gürcüstan seçmələri də mübarizə aparır.